Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən qrupun təşkilatçıları Abdulla İbrahimli və İbrahim Əsədli həbs edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
A.İbrahimli və İ.Əsədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar.
***
Bakıdakı parkların birində bir qrup şəxs SSRİ bayrağı ilə yürüş keçirib.
“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə kommunist ideologiyasını təbliğ edən müsiqi ilə müşayiət olunan “yürüş”ün əks olunduğu video yayımlanıb.
Videoda bir neçə şəxs SSRİ və Azərbaycan SSR-in bayraqlarını dalğalandıraraq, parkla hərəkət edir və bunun çəkilişini aparır. Bu təxribat xarakterli görüntülərin kimlərəsə hesabat verilməsi üçün çəkildiyi aydın görünür.
Əməliyyat tədbirləri nəticəsində polis hadisənin təşkilatçılarını - Abdullah İbrahimli və İbrahim Əsədlini, eləcə də aksiyanın digər iştirakçılarını müəyyən edib. Onların hamısı saxlanılıb və həmin şəxslərə qarşı cinayət işi açılıb.

İstintaq müəyyən edib ki, bu qrup ofis sahəsi icarəyə götürüb və başqa bir dövlətin(söhbətin hansı dövlətdən getdiyini izah etməyə yəqin ki, ehtiyac yoxdur) dəstəyi ilə mütəşəkkil şəkildə fəaliyyət göstərib, vaxtaşırı görüşlər keçirib.
Saxlanılanlarla əlaqəli ofislərdə və yaşayış yerlərində axtarışlar zamanı kommunist ideologiyasının təbliğinə yönəlmiş materiallar: bayraqlar, təbliğat kitabları, radikal məzmunlu materiallar, CD-lər və digər elektron media aşkar edilərək götürülüb. İstintaq davam edir.
C.Məmmədli
“AzPolitika.info”




Şərhlər
Bəs bunların ideoloqu Arif Rəhimzadə yaddan çıxıb.yoxsa yaddan çıxarılıb?ı
SSR bayragi terror teškilatinin bayragidir ???
SSRi adını çekib onu tebliğ edenlere bir şey terbşq olunmalıdır-"TÜRK PAZI".
.Hele de sen deme bizi isagal eden , dovletciliyimizi mehv eden , bizi qan icinde bogan imperiyanin gorbagor leninin xiffetini cekenler var imis .
Bu hərəkəti keçmişin nostalgiyası ilə yaşayan yaşlı insan etsə bəlkə də müəyyən qədər başa düşmək olar. Keçmiş SSR-nin dövründə yaşamamış cavan adamların bunu etməsi yalnız təxribat, başqa dövlətlərin sifarişinin icra olunması ola bilər. Dövlətin dərhal müdaxiləsini alqışlayıram, hüquq-mühafizə orqanlarımızı müstəqiliyyimizə yönəlmiş bütün təxribatlara qarşı çox amansız olmasını istərdim