Menu

SSRİ bayrağı ilə yürüşə cəhd edən həkim imiş - Sevgilisi ilə birlikdə zorakılıqda ittiham olunub + FOTOLAR

26.11.2025, 11:14
SSRİ bayrağı ilə yürüşə cəhd edən həkim imiş - Sevgilisi ilə birlikdə zorakılıqda ittiham olunub  + FOTOLAR

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd etdiyinə və digər qanunsuz hərəkətlərinə görə saxlanılan şəxslərdən İbrahim Əsədli həkimdir.

“Qafqazinfo” xəbər verir ki, İ.Əsədli həkim-onkoloqdur. O, bir müddət əvvəl onkoloji xəstəlikləri alternativ üsullarla müalicə etməklə bağlı dedikləri ilə gündəmə gəlmişdi.

Daha əvvəl isə İbrahim Əsədli işlədiyi “Loğmed” klinikasındakı kabinetində sevgilisi ilə birlikdə həyat yoldaşına qarşı zorakılıq etməkdə ittiham olunurdu. Həmin vaxt həkimin xanımı mətbuata və polisə onun əməlləri ilə bağlı şikayətlər etmişdi.

Qeyd edək ki, polis əməkdaşları İ.Əsədlinin iş yerinə baxış keçirərkən oradan çoxsaylı ideoloji vasitələr və SSRİ bayraqları aşkar edilib.

Yəqin ki, ölkəmizdə “5-ci kolon”un tör-töküntülərinin təmizləndiyi bir vaxtda belə bir səhifənin yaranması, SSRİ təbliğatı aparması təsadüfi deyil. 


Şərhlər

Eli 2025-11-26 11:32:10

SSRİ hemişe bele yarımçıları üzüdönükleri qebul ve tebliğ edib "At oğrusu"Stalin (Elçibey) kimi.70 il bu millete cehennem ezabı yaşadan bir quruluşu tebliğ edenlerin bir adı var-"Veten xainlerş".

Aytəkin 2025-11-26 11:18:41

Kül sizin bədbəxt başınıza. Şərəfsizlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol