Tramp Şükran Günü münasibətilə ABŞ hərbi qulluqçuları ilə keçirdiyi görüş zamanı Ağ Ev yaxınlığında silahlı hücuma məruz qalan iki Milli Qvardiya əsgərindən danışıb.

O, hərbçilərdən birinin həyatını itirdiyini, digərinin isə ağır vəziyyətdə olduğunu bildirib. 

Tramp hadisənin baş verdiyi ərazinin uzun müddət ən təhlükəsiz yerlərdən biri olduğunu qeyd edib:“Aylarla heç bir hadisə yaşanmamışdı. Dünənə qədər ora təsəvvür edilə biləcək ən təhlükəsiz yer idi. Bu isə tamamilə fərqli və ağır bir cinayət idi”.

Tramp sözügedən hücumun məsuliyyəti ilə bağlı sual verən jurnalistə isı sərt reaksiya göstərərək ona “Sən axmaqsan?” sualını ünvanlayıb.

Tramp hücumçunun ölkəyə girişini əvvəlki Bayden administrasiyası ilə əlaqələndirib.

"AzPolitika.info"