Menu

TEYMUR MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Prezident Sərəncam imzaladı + DOSYE

01.12.2025, 23:00
TEYMUR MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Prezident Sərəncam imzaladı + DOSYE

Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

Qeyd edək ki,Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin Universiteti bitirib. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyib. 2001–2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilmiş və general-mayor ali hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şərhlər

Abdulla 2025-12-03 12:20:53

Oxudum çox şad odum mende herdefe gildyleniremki iş yoxdu sendeme nazirliklel ve komiteler kadr axdarirmişlar. desenmki mende bu ölkenin vetendaşiyam menede iş sizce mene hansı cavabı verecekler ?

Mubariz 2025-12-02 17:35:20

gülək yoxsa ağlayaq ?

Tahir 2025-12-02 12:20:36

İnstitutdan cəmi 7 il sonra artıq nazir müavini olmuşdur. Başqaları bu posta iyirmi illərlə yol gedir, təcrübə toplayır. Amma Ramizin oğludursa məşhur Kərəmov kimi 6 aylığında yeriyə də hələ nazir də ola bilər ...

Rr 2025-12-02 03:03:23

Aha(

Kanran 2025-12-01 20:09:42

Bunun bulamadlöl yer qakmaylb.Nazirliklər sayıb.Niyə və nə məqsıdlə?Bax bu maraqlıdır.Araşdıran olsa

Rr 2025-12-01 18:15:54

Aha(

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol