Dünən Baş nazir Əli Əsədovun imzaladığı qərarla Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçirilir.
Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması müvafiq dövlət orqanının təqdim etdiyi forması bu Qaydaya 3 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən həyata keçirilir.
Göründüyü kimi Nazirlər Kabinetinin dəyişikliklə bağlı açıqlaması mürəkkəb cümlələrlə doldudur, sadə vətəndaş üçün anlaşılan deyil.
İqtisadçı deputat Vüqar Bayramov “AzPolitika”nın sorğusuna cavab olaraq Baş nazirin yeni qərarını izah edib: “Yeni qaydalara ilə daha tez pensiyaya çıxmaqla bağlı proseduralar daha da sadələşib və əlçatanlıq artırılıb. "Əmək pensiyaları" haqqında Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan siyahıda azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu hüququn reallaşması üçün isə həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən arayışa təqdim edilməsinə ehtiyac vardı.
Ancaq bəzi hallarda, xüsusən həmin müəssisələrin fəaliyyətlərini dayandırması səbəbindən belə arayışların alınmasında çətinliklər oldu. Nəticədə, bəzi hallarda vətəndaşlarımız öz pensiya hüquqlarından daha tez istifadədə çətinliklər ilə üzləşirdilər. Yeni dəyişikliyə əsasən, qeyd edilən səbəbdən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman, güzəştli sahədə iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də təyinat mümkün olacaq”.
İqtisadçı vurğulayıb ki, yeni dəyişikliklər ilə qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq: “Yəni, bu hallarda vətəndaşın gözlənilən pensiya məbləğində artımlar olacaq. Daha sadə izah etsək: güzəştli şərtlər ilə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayış ala bilmirsə yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləğ yüksək olarsa vətəndaşımızın daha çox olanı seçmək hüququna malik olacaq. Bu isə, pensiya təyinatının asanlaşdırılmasına və bir sıra hallarda isə pensiya məbləğlərinin artmasına xidmət edəcək”.
Rasim
“AzPolitika.info”

Şərhlər
10 il çətin iş 9 il 1ci qurup əlilə qulluq edən şəxs 5 il pensiya tez çıxma hüququ varmı?
Vətəndaş özü yığıdığı kapitalın 90 %-ni pensiya idarəsi 144 aya bölərək vətəndaşa verir . Əgər ki 12 il yaşamasa, və yaxud da 65 yaşa çatmamış həyatını itirərsə bu vəsait batır.. öz zəhmətimlə qazandığım və sosial sığortaya ödədiyim şəxsi pulum Banka qoyulsaydı məndən sonra da nəvə nəticən 100 il keçsə belə faiz alacaqdı və istənilən vaxtı pulu Tam götürmək mümkün olardı.
Mən 20 il nefçi işləmişəm.İdarə özəlləşmədən sonra ləğv olunub.Dövlətə vergi vermişəm amma indi işsizəm sabaha heç bir ümidim yoxdur.Heç pensiyada ala bilməyəcəm.Bizi bu çətin vəziyyətə salanlar utansınlar əgər utanan üz varsa...
Pensiya qaydaarında dəyişikliklət Komstitusiyaya və insan hüquqları konveksiyasına uyğun olmalı,Pensiyalar vahid metodika ilə hesablanmalı.ayrıseçkiliyə yol verilməməlidir.Biriinə 1200-4000 və daha artıq.digərinə 280-320 manat pensiya təyini heç bir sivil dövlətlərdə yoxdur.Bu ayrıseçkilik aradan qaldırılmalıdır.Sonra da nazirlik orta rəqəm çıararaq təqaüdçülərin sosial vəziyyətinini yaxşılaşdırdığını yazır.Maraqldr ki,,bu saxtakaerlığa inanan var.
Pensiya ütün vətədaşlara eyni hesabla.eybiaydada və ayrısçkiik edilndən təyin edilməlidir.Burada əsas sonildəkimaaş,işstajıəsas götürülməlidir.çünki həm dövlət həm özəl müssisələrdəişləyənlər bu dövlətin qanunarınaəməl edib,müəyyən edilmişvergilərini ödmişinsanlardır.yəni dövlt qulluğu deyilən saxta ifadələöğv olunmal,vətəndaşlar arasında ayrıseçkilikgötüeülməlidir.Yalnız bundan sonra ölkəmizqanunisayıla bilər.