UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletlərinin əksəriyyəti satılıb.
"Report"un məlumatına görə, 10, 15, 25, 35 manatlıq biletlər tükənib.
Satış saat 15:00-da başlanıb. 40, 50, 75 manatlıq, həmçinin VIP və VVIP sektorlar üçün biletlər qalıb.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.


Şərhlər
Oyun nədən daha iri 80 min tamaşaçı tutumlu stadionda keçirilmir ki, əlavə daha (30/80=) 37,5% toplam gözlənsin?