Menu

Putin etdiklərindən peşman deyil və hələ çox yaşayacağına inanır – “Geriyə baxmaq mənasızdır”

05.12.2025, 11:27
Putin etdiklərindən peşman deyil və hələ çox yaşayacağına inanır – “Geriyə baxmaq mənasızdır”

Geriyə baxmaq və keçmiş qərarlara münasibəti yenidən nəzərdən keçirmək mənasızdır.

“AzPolitika” xəbər verir ki, bunu Hindistanda səfərdə olan Vladimir Putin "India Today" qəzetinə müsahibəsində verdiyi qərarlara görə peşman olub-olmadığına dair suala cavab verərkən deyib.

"Mənin bir ümumi qaydam var: Mən sadəcə zəruri hesab etdiyim deyil, həm də etməməyə haqqım olmayan şeyi etməyə çalışıram. Nə olursa olsun", - deyə Putin bildirib.

Ölümsüzlük haqqında soruşulduqda, Putin hər şeyin sonunun olduğunu və "yalnız Tanrının əbədi olduğunu" deyib (Görünür, milyonlarla insanı qırğına verməsi də “Tanrıya inamından” irəli gəlir). O, həmçinin hələlik həyatına “yekun vurmaq” niyyətində olmadığını bildirib.

Putin, son onilliklərdə Hindistanda ömür uzunluğunun artmasını misal gətirərək, ömrün uzadılmasının mümkün olduğunu bildirib: "Əgər süni intellekt tibbdə və dərman istehsalında, məsələn, gen mühəndisliyində istifadə olunarsa, bunun böyük təsiri olacaq. Buna baxmayaraq, hər şeyin sonu var".

Xatırladaq ki, Pekinə son səfəri zamanı Putin Çin başçısı Si Cinpinlə insan ömrünü 150 ilə qədər uzatmağın mümkünlüyünü müzakirə etmişdi.

“AzPolitika.info”

Şərhlər

Eli 2025-12-05 14:12:46

Bu adamın her şey Блефдир.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol