Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin hazırda dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə yaxın əlaqələri üzə çıxdıqdan sonra onun korrupsiya hesabına əldə etdiyi sərvəti də medianın gündəminə gəlib. Mətbuat keçmiş naziri dövlət vəsaitlərini talamaqdan tutmuş Azərbaycan mədəniyyətinin nadir incilərini qaçaqmalçılıq yolu ilə xaricə çıxarmasına qədər müxtəlif cinayətlərdə ittiham edib.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli hələ bir müddət əvvəl Əbülfəs Qarayevin mənbəyi məlum olmayan (əslində hamıya məlum olan – red.) pullar hesabına xarici ölkələrdə böyük biznes qurduğunu iddia etmişdi.
Onun araşdırmasından belə məlum olur ki, Qarayev “halal” yolla əldə etdiyi milyonların əhəmiyyətli hissəsini məhz xidmət etdiyi Rusiyanın iqtisadiyyatına yatırıb.
Xatırladaq ki, keçmiş nazirə ünvanlanan ittihamlardan biri də Bakıdakı bağ evində Ramiz Mehdiyevlə birlikdə Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli zabitlərinə ziyafət verməsi, onları əyləndirməsi dayanır... Necə deyərlər, əl-əli yuyar...
C. Həsənli “Facebook” hesabında xatırladır ki, keçmiş nazirin keçmiş deputat, yazıçı Hüseynbala Mirələmovla birgə Panamada "RIMBA SA" şirkətinə, Xorvatiyada "Amfiteatr" otelinə sahib olduğu, "mədəni talançılıq" hesabına dövlətin pullarının vəhşicəsinə mənimsənildiyi haqqında hələ illər əvvəl yazıb.
Araşdırmalardan belə məlum olur ki, Əbülfəs Qarayev 15 ilə yaxındır ki, sərvətini Rusiyaya daşımağa başlayıb. Onun Moskvada biznes qurmasının, hətta dəniz məhsulları — balıq, molyusk da satan şirkətlər təsis etməsinin arxasında da heç şübhəsiz bu amil dayanıb — buradan Moskvaya daşıdığı sərvəti orada qazanmış kimi göstərmək.
Araşdırmaçı jurnalist onun xaricdəki, o cümlədən Moskvadakı biznesinin bir hissəsinin siyahısını da verib:
“Moskvada Qarayevin "LEON BABY" və "MYASNAYA GARANT" kimi ticarət markaları var... Azərbaycanın mədəniyyət naziri Moskvada təkcə balıq, molyusk, toyuq-cücə deyil, həm də neft və qaz məhsulları satırmış.
Həm də məhz nazir olduğu illərdə:
-2004-cü ilin fevralında Panamada "RIMBA SA" şirkətini təsis edib;
-2008-ci ildə Xorvatiyada "LK D.O.O. (LTD)" şirkətini həyat yoldaşının adına təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" otelini alıb;
-2010-cu ildə həyat yoldaşı Lalə Kazımovanın adına “KL BODRUM EMLAK TİCARET VE SANAYİ LİMİTED” şirkətini təsis edib;
-28 iyul 2010-cu ildə Moskvada "ÇƏHRAYI SKUNKS" Məhdud Məsuliyyətli Cəmiyyətinin (ООО "Розовый Скунс") təsisçisi kimi qeydiyyatdan keçib;
-17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb (qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət);
-7 aprel 2014-cü ildə Moskvada “GALS MMC”-nin (ООО "ГАЛС") rəhbəri olub;
-12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;
-23.06.2017-ci ildə Moskvada "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") təsis edib;
-18 may 2023-cü ildə “ÇE CORPORATION” MMC-nin təsisçisi (ООО "КОРПОРАЦИЯ ЧЕ") kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu "GALS" və "ÇƏHRAYI SKUNKS" MMC-lər iştirak edib”.

İndi mənzərə daha aydın görünür: Ə. Qarayev niyə 44 günlük müharibənin başlamasına bir neçə ay qalmış vəzifədən qovulur, daha əvvəl Mədəniyyət Nazirliyində baş verən böyük korrupsiya faktları və cinayətlər ifşa edilir, həbslər aparılır. Ancaq qaranlıq işlərinə və həbs olunanların ifadələrinə rəğmən Qarayev məsuliyyətdən kənarda qalır, heç məhkəmələrə şahid qismində belə çağırılmır. Çünki Ramiz Mehdiyevin “bədheybət qanadları” onu qoruyub.
İndi isə bu "qanadlar" yoxdur, Ə. Qarayevin törətdiyi əməllərə görə cavab verməsinə artıq heç bir maneə qalmayıb...
Cavab verəcəkmi?!
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
Bu dünyada yashamaq cox cetin, velsoped pqrayana , 5 il , milyonnnar oqrayana ( teshekkür)) nece oıureee ? Haksizdiq , yoxsa Hakk yoxdu? Bilen var ? Anlamli deyil ,,,
Tək-tək zəifləritənqid etmək asandır.maraq doğuran odur ki,bu oğru.banditlərin əməllərini uzun müddət.görən.bilən.onlarıi idarə edən şəxslər guya bunu görmürdülər..bilmirdilər?
Nə yapışmısınız Əbülfəzdən? Dəvədən böyük filləri unutmusunuz.niyə Ziya.Mahmüdov və sair.sair oğru-banditlər yada düşmür?Niyə onları kənarda saxlayırsınız?
Hele bu sakit mağmun bildiyimiz Ebulfez Qarayevin bu qeder serveti varsa gorun o biri nazirlerde neler var
Əmlakları müsadirə edilsin, qanuna müvafiq cəzalandırılsın...
Hansı yüsək vəzifələrə təyin edilən YAP-çının xaricdə əmlakı.şrkəti yoxdu* Hamısı talayıb.yığıb xaricə daşıyıblar və daşımaqda davam edirlər.Çexiyada.İtaliyada.hətta Amerikada mülkü,binesi olan YAP-çılar niyə ortaya çıarılmır ?Hələ Azərbaycandakılar bir yana. Bu partiya Azərbaycanı talan etdi.soydu.vətəndaşlarını ağır vəziyyətə saldı.
Bes niye azadliqdadi ?
KĪMDİR GŮNAHKAR !???
EBŮLFEZ QARAYEVIN BAŠINDAN BIR TŮK ƏSKIK DEYIL.........
Hazirda vezifede olan nazirlerin bunnanda cox var indiden tedbir gormek lazimdi ki budceden ogurlamasinlar.birde ki insanlarin neyine lazimdi ramiz mehdiyev ne etdi eli kerimli gultekin ne etdi insanlara corek lazimdi is lazimdi
Demek moped ograyirsan verirler 3 il iş amma xalqın pulunu ograyirsan gedib rahat gezirsen.Ograyin duz edirsiz Başarana baş qurban