Menu

Bu şəxslərə 8 min manat müavinət veriləcək - Deputat açıqladı

08.12.2025, 21:04
Bu şəxslərə 8 min manat müavinət veriləcək - Deputat açıqladı

"Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq. Belə ki, Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur".

"AzPolitika" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabından paylaşım edib.

Deputat bildirib ki, qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər: "Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək".

"2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27.4 min nəfərdir və onların ortaaylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (ortaaylıq dövlət məvacibi - 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir", - deyə V.Bayramov qeyd edib.

"AzPoltika.info"

Şərhlər

Kohne 2025-12-09 21:02:04

1 ci baxmaq lazimdir dŏvlet qulluqçusu kimlere deyilir .....
27 min dŏvlet qulluqçusu ...ayda 2000 m. Maaš alirsa (minimum ) heç bir orta statistik vetendaš sayilmir....Hamisinin babat imkani var....
MƏRIFETI KIMDEN ŎYRENDIN .....
GŎZŮ ÇIXMIŠ QARDAŠIMDAN
VŮQAR BAYRAMOV...ATALAR MISALIDI....

Kasıb 2025-12-09 09:40:50

Dövlət qulluqçusuna həm də kasıba yetim yesirə kömək etmək lazımdır. Məmurlar hamısı onsuz da milyoner milyarderlərdirlər

Cavanşir 2025-12-08 18:24:46

Tam səhv qərardır.Vəzifədə oturub milyonlar qazananlar öləndə də dövlətdən əl çəkmirlər.Onların diğər işləyən insanlardan nəyi artıqdır? Bəsdir insanların əsəbləri ilə oynadız.Qoy onda deputat övladı deputat, nazir övladı nazir və s.olsunlar.Birdəfəli xalq işini bilsin.

Mehman 2025-12-08 16:55:16

Bir sahibkar var 35 ildir büdcəyə vergi və sosial ödənişlər edir. Keçən il ona pensiya təyin edildi 290 azn. Ömrü boyu gömrükdə ayda 10 - 20 min hər ay paket alan pensiyaya çıxıb 4000 azn pensiya təyin olunur. Yəni az talamısan davam et.

Cənab V.Bayramova 2025-12-08 14:46:50

Vüqar bəy.bu dövlət qulluğu nə anlayışdır? Azərbaycan əhalisinin bütün işləyən qismi bu dövlətdə yaşayır.dövlətin vergisini verir,qanunlarna tabe olur,öhdəsinə düşən vəzifələri yerinə yetirir.Deməli dövlətin həyatnda üzərinə düşən mövcud qaydalara əməl edir.Hər kəs tutduğu vəzifəyə görə dövlətin təyin etdiyi qaydada maaşalır.Belə halda bu "dövlət quluğu" məfhumu ölkədə insanlar arasında ayrıseçkiliyə əsas sayılmır? Bu insan haqlarına saymamazlıq deyilmi ?Cavabınızı sayt vasitsilə gözləyirk.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol