Menu

Prezidentlər Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər - FOTOLAR

08.12.2025, 21:48
Prezidentlər Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər.

Bu barədə "Report"un Slovakiyaya ezam olunmuş müxbiri xəbər verir.

Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular.

Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol