Menu

Moskvada problem yaradacaq görüntülər - Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

09.12.2025, 11:20
Moskvada problem yaradacaq görüntülər - Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Suriyanın keçmiş lideri Bəşər Əsəd və onun keçmiş müşaviri Luna əl-Şiblin Rusiya Prezidenti Vladimir Putin haqda istehza ilə danışdıqları görüntülər və səs yazıları ortaya çıxıb.

Bir səs yazısında 2024-cü ilin iyul ayında avtomobil qəzasında həlak olan Luna əl-Şiblin Putinin görünüşü və sağlamlığı ilə bağlı istehza ilə ifadələr işlətdiyi eşidilir.

Əş-Şibl soruşur: "Putinin üzündəki şişkinliyi gördünüzmü?"

Əsəd cavab verir: "Hamısı plastik cərrahiyyədir".

Əş-Şibl davam edir:"Bəli, Putinlə bağlı hər şey plastik cərrahiyyədir. Onun 65 yaşı var... Bu görüntü onu çox pis göstərirdi".

Sızdırılan başqa bir səs yazısında Luna əl-Şiblin Suriya ordusu əsgərlərini hədəf aldığı göstərilir.

Əş-Şibl deyir: "Onlar mənim üzümə baxırlar... Mən onları sevirəm, amma onlardan iyrənirəm".

Mənbələr "Əl-Ərəbiyyə"yə təsdiqləyiblər ki, səs yazıları çəkilərkən Əsədin müşaviri əl-Şiblin köməkçisi Əmcəd İssa da həmin avtomobildə olub.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol