Ukrayna ordusunun bölmələri Lisivka və Suxoy Yar ərazisində geri çəklib və daha əlverişli mövqelərə yerləşib.
Bu barədə Ukrayna Hava-Desant Hücum Qoşunlarının (HHQ) 7-ci Korpusunun Donetsk bölgəsindəki Pokrovsk və Mirnoqrad yaxınlığındakı bəzi mövqelərdən geri çəkilmə ilə bağlı açıqlamasında bildirilib.
Bəyanatda qeyd olunur ki, manevr hərbçilərin həyatını xilas etmək, qrupun maddi-texniki təminatını yaxşılaşdırmaq və cəbhə xəttini uyğunlaşdırmaq üçün keçirilib.
Qeyd edilib ki, təhlükəsizlik səbəblərindən əməliyyatla bağlı məlumatlar bir müddət ictimaiyyətə açıqlanmayıb.
"AzPolitika.info"


Şərhlər