Menu

"Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb" - Tramp

09.12.2025, 15:50
"Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb" - Tramp

Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Politico”ya bildirib.

“Çox vaxt keçib. Hər şey o qədər də yaxşı deyil… Düşünürəm ki, indi seçkiləri keçirmək üçün ən doğru vaxtdır. Onlar seçkiləri keçirməmək üçün müharibədən istifadə edirlər, amma mən hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır”, - Tramp vurğulayıb.

ABŞ lideri onu da bildirib ki, Zelenski özünü toparlamalı və ABŞ-ın təkliflərini qəbul etməyə başlamalıdır.

Onun sözlərinə görə, Avropa Ukrayna münaqişəsini həll etməkdə çətinlik çəkir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol