Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasovun mandatının ləğvinə hazırlıq gedir.
Ali Məclisin İntizam Komissiyasının iclasında məsələ artıq müzakirə olunub və Komissiya bununla bağlı Ali Mıclisə müraciət edib.
Modern.az-ın məlumatına görə, növbəti mərhələdə məsələ Ali Məclisin iclasında müzakirə olunacaq. Səsvermədən sonra deputatın mandatına xitam veriləcək.
Qeyd edək ki, Əli Abbasov ötən ilin sentyabr ayında Ali Məclisə deputat seçilib.
36 yaşlı deputat Ali Məclisdə 4 saylı Yengicə seçki dairəsini təmsil edir.
Şərur rayonundan olan Əli Abbasov Naxçıvan Dövlət Universitetini Fizika ixtisası üzrə bitirib. Evlidir, 2 övladı var.
Deputat olmamışdan əvvəl o, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru vəzifəsində çalışıb.
Onun adı bir müddətdir mətbuatda müxtəlif qalmaqallarda çəkilir. Məlum olub ki, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.
Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb. Məhkəmə onun şikayətini qəbul etməmişdi və deputat daha yuxarı instansiyaya müraciət etmişdi.
Xatırladaq ki, Naxçıvan Ali Məclisi 45 deputatdan ibarətdir.
***
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun mandatına xitam verilməsi məsələsi qaldırılıb.
APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının iclasında məsələ müzakirə olunub.
Komissiya bununla bağlı Ali Məclisə müraciət olunması barədə qərar qəbul edib.
Məsələ Ali Məclisin iclasında müzakirə olunacaq.


Şərhlər
Bůtůn deputatlar Naxçivandan deyil ??? Bes??