Türkiyənin tanınmış jurnalisı Mehmet Akif Ersoy hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
“AzPolitika” xəbər verir ki, o, "istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və ya istifadə etmək, istifadəsinə yer və imkan yaratmaq" ittihamları ilə Jandarma tərəfindən saxlanılıb.
Mehmet Akif Ersoy "Habertürk” televiziya kanalının baş redaktoru və aparıcısı olaraq fəaliyyət göstərirdi.
Hadisədən sonra TMSF də hərəkətə keçərək Mehmet Akif Ersoyu Habertürk Baş redaktoru vəzifəsindən rəsmi şəkildə uzaqlaşdırıb.
Türkiyə KİV-lərinin məlumatına görə, əməliyyat çərçivəsində aparılan istintaq şou-biznes və media nümayəndələrinin də adlarının keçməsi səbəbindən daha da genişləndirilib.
“AzPolitika.info”

Şərhlər