Sahil bağının yanında yerləşən binaların birinin eyvanı uçub. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Videoda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
APA-nın məlumatına görə isə, uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb və o xəsarət alıb.

Şərhlər
Bu şərhimi silməməyinizi XAHİŞ EDİRƏM, Bakı, Üzeyir bəy Hacıbəyov 19, 12-14 saylı mənzilin də eyvanı eyni, bəlkə də bundan daha qəzalı vəziyyətdədir. Bütün instansiyalara çoxsaylı müraciətlərimə cavab verən yoxdur. Dövlət buna reaksiya vermirsə, heç olmazsa ALLAH XATİRİNƏ öz hesabıma eyvanda bərkitmə işlərinə icazə vermələrinə SİZ kömək edin. 5-6 kvadrat metrlik bi eyvanda bərkitmə işləri aparmaq BŞİH-in və ya SƏbail İH-nin imkanı xaricindədirsə bunu özüm edə bilərəm. Ancaq nə icazə verirlər, nə də özləri təmir edirlər. XAhişimi dərc etməyinizi ürəkdən arzu edirəm.