Menu

Dəyanət Liseyinin şagirdi leykoza qarşı mübarizə aparır - DƏSTƏYİNİZƏ EHTİYACI VAR

10.12.2025, 11:39
Dəyanət Liseyinin şagirdi leykoza qarşı mübarizə aparır - DƏSTƏYİNİZƏ EHTİYACI VAR

Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin 8-ci sinif şagirdi, nümunəvi və çalışqan Əli Əhədov T-hüceyrəli kəskin leykoz diaqnozu ilə mübarizə aparır.

Modern.az xəbər verir ki, Əli uzun müddətdir yalnız anası ilə birlikdə yaşayır və atasız böyüyür. Artıq onun müalicəsinə başlanılıb. Məktəb rəhbərliyi, müəllimlər və sinif yoldaşları şagirdin tezliklə sağalacağına ümid etdiklərini bildirir, ailəyə daim mənəvi dəstək göstərirlər.

Məlumata görə, Əlinin müalicəsinin davamı üçün ailəyə maddi yardım tələb olunur. Hazırda o, aktiv müalicə prosesindədir və göstəriləcək hər bir könüllü dəstək ailə üçün xüsusi önəm daşıyır. Müəllimlər, valideynlər və liseyin məzunları da Əlinin sağalacağına inanır və onun yanında olduqlarını vurğulayırlar.

Qeyd edək ki, Əliyə dəstək göstərmək istəyənlər onun anası Təranə xanımın bank hesabına müraciət edə bilərlər.

Kapital Bank: 4169 7388 2900 6216

Şərhlər

RA 2025-12-14 14:29:25

Salam,
...2286 ilə bitən hesab nömrəsi ilə də paylaşım edib pul yığırlar. Bu da doğru hesabdır? Dələduzluq/ fırıldaq deyilki?

Allah şəfa versin

Rr 2025-12-10 16:41:11

Milyonnari yeyen rüshvetxorlar versin (( belke Allah baqishladi onnari!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol