Menu

"Ermənistanla sülh prosesi qlobal münaqişələr kontekstində uğur hekayəsidir" - Hikmət Hacıyev

10.12.2025, 12:42
"Ermənistanla sülh prosesi qlobal münaqişələr kontekstində uğur hekayəsidir" - Hikmət Hacıyev

Azərbaycan və Ermənistan rəhbərlikləri ixtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı veriblər.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibəsində deyib.

O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir.

Hikmət Hacıyev “iki ölkə arasında münaqişə fəslinin başa çatdığını” vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol