Menu

Həbs olunan rəis sabiq icra başçısının oğludu

11.12.2025, 18:18
Həbs olunan rəis sabiq icra başçısının oğludu

Xəbər verdiyimiz kimi, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov külli miqdarda qaçaqmalçılıq və vergidən yayınmaq ittihamı ilə həbs edilib.

Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.

1994-cü ildən 2000-ci ilə qədər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olan Rasim Daşdəmirov ictimai müzakirələrə səbəb olan müxtəlif ifadələr və iddialarla yadda qalıb.

Bunlardan ən məşhuru zamanında tez-tez media və ictimai müzakirələrdə geniş yer alan “Lissabonun sammit şəhəri” ifadəsidir. Lissabonda keçirilən sammit barədə danışarkən şəhəri və sammiti qarışdıran sabiq başçı bu ifadəni işlətmişdi və bu kəlmə uzun illər siyasi savad və təqdimat bacarığına görə tənqid obyekti olmuşdu.

Keçmiş icra başçısı ilə bağlı mediada yayılan başqa bir hadisə də var. Belə ki, Gəncə sakini Gülafər İsmayılovanın iddiasına görə Daşdəmirov onu öz torpaq sahəsini boşaltmağa məcbur etmək üçün oğlunu əsgərlikdə öldürtməklə hədələyib. Bu iddia 2018-ci ildə geniş ictimai rezonans doğurmuşdu. (Bakupost)

Şərhlər

ƏNHU 2025-12-11 20:58:28

Türkmənlərə lağ eləyirik. Biz özümüz nə kökdəyik alə. Sapojniki icra başçısı qoyurlar. Oğlunu da gömrük rəisi. Bu hansı tarixdə, hansı kitabda yazılıb?

Rasim Quliyev 2025-12-11 20:16:35

Kasıb kusubu qoymayacaqlar ki, icra hakimi,deputat,nazir balasi ola biler.Rehmetlik Heydər Əliyev vaxtı dövlətdə işləyinin oğlu olmurdu vəzifədə indi bazardı prokurorluqda belə ata qız işləyir.Gömrükdə adam var bütün nəsli işləyir.Məni götürməyəclərki.Imtahanda girənləri 2 ci turdan adamın varsa götürürlər.Buda sənə imtahan sonra deyirlər qohum olmaz bəli olmaz çünki kasıbsan yıxıl öl.

sadiq 2025-12-11 18:40:45

belə "unikal" adamları haradan tapıb vəzifələrə təyin edirlər ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol