Menu

Deputat Əli Abbasovun mandatı ləğv edildi

11.12.2025, 21:06
Deputat Əli Abbasovun mandatı ləğv edildi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində qanunverici orqana daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan MR-in Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Seçki Komissiyası bu gün Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol