Menu

“Avropa demokratiyasına qarışmayın!” - Avropadan Trampa sərt cavab

12.12.2025, 12:02
“Avropa demokratiyasına qarışmayın!” - Avropadan Trampa sərt cavab

"Avropa demokratiyasına müdaxilə etməyin".

“AzPolitika” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen "Politico"ya verdiyi müsahibədə deyib. 

O, ABŞ-nin Avropa seçkilərinə və ya siyasi kursuna müdaxilə etmək hüququnun olmadığını bildirib.

Leyenin bu bəyanatına səbəb Avropanın "sivilizasiyanın yox olması" təhlükəsindən bəhs edən və onun ifrat sağçı siyasətini tənqid edən yeni ABŞ Milli Təhlükəsizlik Strategiyasıdır. Tramp administrasiyasının hazırladığı strategiya həmçinin Aİ-nin hazırkı kursuna "müqavimət göstərməyi" vəd edir.

Fon der Leyen Aİ-nin seçkiləri xarici təsirlərdən qorumaq üçün "Demokratiya Qalxanı" yaratmaq təklifini xatırladıb. O, həmçinin qeyd edib ki, ABŞ ilə münasibətlər hələ də işgüzar səviyyədədir, lakin Avropanın "öz gücünə güvənməsi" vacibdir.

Xatırladaq ki, son çıxışlarının birində Tramp Avropa liderlərini "zəif", Avropanı isə "çürüyən" adlandırıb.

“AzPolitika.info”

Şərhlər

Asif bebirov 2025-12-12 23:30:56

Salam mən xaricə getmey isdirem isdemeye xayiş edirem mende aparın isdim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol