Menu

Zaur Əliyev direktor müavinini işdən çıxardı - YENİ TƏYİNAT+FOTO

12.12.2025, 21:00
Zaur Əliyev direktor müavinini işdən çıxardı - YENİ TƏYİNAT+FOTO

Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini Mehman Qasımov vəzifəsindən azad edilib.

"AzPolitika" Qaynarinfo-ya istinadla xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin müvafiq əmri ilə Mərkəzin maliyyə məsələləri üzrə direktor müvini Mehman Qasımov son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Zaur Əliyevin digər əmri ilə Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin maliyyə məsələləri üzrə direktor müavini vəzifəsinə Fərman Məmmədov təyin olunub.

Qeyd edək ki, Fərman Məmmədov bundan əvvəl "Azərişıq" ASC-də çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol