Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Onun ölkənin siyasi, iqtisadi və mədəni həyatında qoyduğu dərin iz təkcə tarix kitablarında deyil, həm də onu yaxından tanıyan insanların yaddaşında yaşayır. Bu münasibətlə Heydər Əliyevlə uzun illər çalışmış, onunla birbaşa ünsiyyətdə olmuş şəxslərlə söhbətləşdik.
"AzPolitika" xəbər verir ki, bunu sabiq təhsil naziri Misir Mərdanov Globalinfo.az-a açıqlamasında Heydər Əliyevin çox vətənpərvər və xeyirxah insan olduğunu bildirib.
“Rektor olduğum dövrdə, bir il əvvəl universitetdə aspirantura şöbəsinin müdiri vəzifəsində çalışan Sabir Xəlilov vəfat etmişdi. O, məşhur “91-lər”dən biri idi və biz onunla birgə işləmişdik. Onun il mərasiminə yaxın günlərin birində səhər saatlarında Prezident Administrasiyasından mənə zəng etdilər ki, Heydər Əliyev səninlə danışmaq istəyir. Salamlaşdı, hal-əhval tutdu və dedi ki, Sabir Xəlilov rəhmətə gedib, bəs sən mənə niyə vaxtında deməmisən? Cavab verdim ki, cənab prezident, o vaxt mən rektor deyildim. Dedi ki, nə olsun, prorektor işləyirdin. Ardınca tapşırdı ki, gedirsən, mənim başsağlığımı onun ailəsinə çatdırırsan və il mərasimini öz üzərinə götürürsən”, - o deyib.
"AzPolitika.info"

Şərhlər
Ulu öndəri rəhmətlə anırıq. O qeyri adi bir insan idi. Təssüf ki, onun zamanında etimad göstərdiyi Misir Mərdanov kimi adamlar diqqətdə və vətənpərvərlikdə azacıq da olsa Ondan dərs almadılar. Misir Mərdanov əslində bu etirafı ilə bunu bir daha təsdiq edir.
Guya desəyd inəsə dəyişəcəkdi? 70 ildir Azrbaaycanda təhsi yavaş-yavaş,planlı surətdə luçuruma istiqamətlənib.Universitetlərdə rüşvət nə vaxtdan leqallaşdı? Təhsil səviyyəsi niyə aşağı salındı?universitet bitirən gənc adi vurma cədvəlini bilməz hala gəldi.bunu kimlər etdi?
Allah rəhmət eləsin hər ikisinə, Ulu Öndərə də, Sabir Xəlilova da...görün nə qədər diqqətli olub ki, məsələyə bu cür insani nöqteyi-nəzərdən yanaşıb...