Menu

Türkiyə gəmisi Odessada Rusiyanın raket hücumuna məruz qalıb - VİDEO

12.12.2025, 20:22
Türkiyə gəmisi Odessada Rusiyanın raket hücumuna məruz qalıb - VİDEO

Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.

Bu barədə "Report"un Şərqi Avropa bürosuna İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.

"CENK RORO" gəmisinin yükdaşıma avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol