Menu

"Ukrayna və ABŞ yenə Mayamidə danışıqlar aparacaq" - Zelenski

16.12.2025, 21:23
"Ukrayna və ABŞ yenə Mayamidə danışıqlar aparacaq" - Zelenski

Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü yenə Mayamidə keçiriləcək.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxof ilə birgə mətbuat konfransında bildirib.

Zelenski danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

"ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Məncə, yaxın günlərdə – ola bilsin, həftəsonu, ola bilsin, bir az sonra", – deyə Zelenski qeyd edib.

O dəqiqləşdirib ki, danışıqlarda təhlükəsizlik zəmanətləri, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 bəndi müzakirə olunacaq.

Şərhlər

Shamil 2025-12-17 15:53:54

Müharibə dayanmayacaq,bu bir oyundur,sülh adıynan vaxt uzadırlarki,rusiya tam zəifləsin,əfqanıstanda sssr ini məhv elədikləri kimi. Baş roldada amerikadır,trampıds ona görə hakimiyyətə gətiriblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol