Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsi Trampın və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılıdır.
Prezident "Newsmax"-a verdiyi müsahibədə deyib:"İndi çox şey Trampın və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılıdır. Əsas odur ki, Tramp bu mövqedən geri çəkilməsin. O, xarakterli, bəzən impulsiv bir insandır. İstəmirəm ki, bütün bunlardan əl çəksin, təslim olsun və uzaqlaşsın. Əgər o, bu məsələdə israr edərsə, nəticələr olacaq. Avropalıların bu barədə hay-küy salmaq üçün heç bir səbəbi yoxdur".
O qeyd etdi ki, eskalasiya Rusiya üçün yaxşı olmaz, çünki daha çox insan müharibəyə cəlb olunacaq.
"AzPolitika.info"


Şərhlər
Elə həmin o Vilayəti neçə illər bundan öncə yazdığı kitabında bildirirdi ki, danışıqlar vaxtı amerikalılar ona demişdilər ki, "əgər Amerika əlini İranın üstündən götürsə, 1 ildən sonra bütün İran türkcə (yəni azərbaycan dilində)" danışacaq..Zəngəzur koridoru isə artıq ABŞ projesidir, odur ki, narahat olmağa dəyməz..