Menu

Artıq bu ölkənin də vətəndaşları ABŞ-yə səfər edə bilməyəcək

17.12.2025, 13:51
Artıq bu ölkənin də vətəndaşları ABŞ-yə səfər edə bilməyəcək

ABŞ Milli Qvardiya üzvlərinin güllələnməsindən sonra genişləndirilmiş səyahət qadağasına Suriya və Fələstin də daxil olmaqla daha beş ölkəni əlavə edib.

Ağ Evin yazılı açıqlamasına görə, Donald Tramp administrasiyası səyahət qadağalarını genişləndirmək üçün yeni bir addım atıb.

Hazırda 12 yüksək riskli ölkənin siyahısında olan Əfqanıstan, Birma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndən gələn şəxslər üçün tam səyahət qadağası davam edəcək.

Bu ölkələrə əlavə olaraq, Suriya, Burkina Faso, Mali, Niger və Cənubi Sudan da səyahət qadağalarına məruz qalan ölkələr siyahısına əlavə edilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol