Erməni Apostol Kilsəsinin bir qrup yepiskopu bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə bəyanat yayıb.
"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, bu barədə yepiskopların xalqa ünvanladığı müraciətdə bildirilir. Müraciətdə Ermənistan və diasporada yaşayan ermənilər 18 dekabr saat 17:00-da Eçmiədzində etiraz aksiyasına qatılmağa çağırılıb.
Bəyanatda qeyd olunur ki, Katolikos II Qareginin istefası artıq təxirəsalınmaz zərurətə çevrilib. Yepiskoplar vurğulayıblar ki, son dövrlər Erməni Apostol Kilsəsi ətrafında baş verən proseslər dövlət və xalq üçün təhlükəli həddi keçib.
Müraciətdə Katolikos II Qareginin uzun illər ərzində birtərəfli, özbaşına və natamam idarəçilik həyata keçirdiyi iddia edilir. Bildirilir ki, bu cür rəhbərlik kilsənin daxili böhranını daha da dərinləşdirib.
Yepiskoplar həm Ermənistanda, həm də diasporada yaşayan sadiqləri vahid iradə nümayiş etdirməyə, etiraza qoşulmağa və Erməni Apostol Kilsəsinin xarici maraqlar naminə istismar olunması cəhdlərinə qarşı çıxmağa çağırıblar.
"AzPolitika.info"


Şərhlər