Sabah Gəncə şəhər Məhkəməsində tanınmış təhsl eksperti Kamran Əsədovun və digər təqsirləndirilənlərin məhkəməsi keçiriləcək.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayaraq onu və daha 4 nəfəri abituriyentləri qeyri-qanuni yollarla ali məktəblərə qəbul etdirməyə cəhd göstərməkdə ittiham edib. Açıqlamada bildirilir ki, Gəncə şəhərində keçirilən ali məktəbələrə qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.
”Bu işin təşkilatçıları Babayev İslam Elşan oğlu, Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlunun törətdikləri cinayət əməlləri iş üzrə aparılmış istintaq zamanı toplanmış dəlillər, o cümlədən özlərinin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspert rəyi və digər istintaq sənədləri ilə tam sübuta yetirilib. Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir”, - DİM-dən bildirilib.
Rəsmi məlumatda deyilir ki, istintaqın gedişi zamanı 29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınıb və istintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxıb. İttiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qanunsuz əməldən əldə etdikləri pul məbləğlərini aralarında bölüblər.
Maraqlı məqamlardan biri də odur ki, Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyi ilə daha sonra yaxşı əlaqələr qura bilib. Qurum rəhbərliyinin tövsiyəsi ilə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru təyin olunub. Nazirlik hətta onu təhsil problemlərinə həsr olunmuş televiziya verilişlərinə ekspert kimi iştirakını tövsiyə edirmiş.
Belə ki, Elm və təhsil nazri Emin Əmrullayevin təhsil sektorunda islahatlara dair çıxışının “Xəzər” televiziyasında aparıcı Aytən Səfərovanın müəllif verlişində ekspertlərlə müzakirəsi zamanı bu faktın üstü açılıb. A.Səfərova verilişdə iştirak edən Kamran Əsədovun nazirlik tərəfindən tövsiyə edildiyini vurğulayıb. “Biz Elm və Təhsil Nazirliyinə müraciət etdik, nədənsə sizi məsləhət gördülər, Kamran müəllim”, - deyə aparıcı efirdə deyib.
Həmin verilişdən kadrları təqdim edirik:
Rasim
“AzPolitika.info”

Şərhlər
Mən azyaşlı vaxtdımdan maariflə, yəni orta məktəb təhsili ilə yaxn olmuşam 65 ildən çox vaxt keçdiyinə baxmayaraq faktiki bütün müəllimlərimi yada salıb xoş xatırlayıram. Allah onların hamısına rəhmət etsin. Maarif naziri M.Mehdizadəni eləcədə E.Qafarovanı, Misir müəllimi xatırlayıram. İndiki nazir ekspermentlə məşğul olur. Müəllimlər müxtəlif bahənələrlə işdən qovulurlar. Aşağı siniflər üçün dərsliyi yazanlar deyəsən .... gəlib. Müəllimi hazırayn instiitutkarada bu nazir nəzarət edur. Sual olunur. Bu nazir kimə lazımdır. Azərbaycan xalqına, onada yox. Həqiqətdə erməni pərəstlərə və ya xarici ölkələrin quyruqlarına. Milləti düşünülmiş şəkildə millətimizi savsdsız etmək istəyirlər. İnşallah bəzi alçaqlıqların üstü açılır. Ancaq daha 30 il gözləməyək.
Ölkədə təhsil yoxdur. Vaxtilə olanlarda məhv olub getdi. Səbəb isə əlbətdəki təhsilə aid olmayanların təhsildə baş bilən götürülməsi oldu
Azərbaycan təhsili valideynlərin sayəsində yaşayır.biabircilq.Rusiyada ən ucqar kənddə məktəblilərə pulsuz isti yemək verilir
Bircə onu bilirəm ki,uşaqlarımızın gələcəyi heçdə yaxşılığa doğru getmir.Təhsil bərbad vəziyyətdədir.Çantalar ağırlıqdan daşınmaz halda.Uşaqların başı isə boş.Nazir sağ olsun
təhsil sahəsində son illər yığılan bir sürü dəllal elm və təhsili bərbad bir vəziyyətə gətirdi
Sovet dövrü müharibə vaxtı satqın və xainlərlə mübarizə üçün çox əzazil- SMERŞ(СМЕРШ-смерт шпионам)adlı qurum yaradılmışdı.Deyəsən bizdə də vaxtı çatıb belə qurumun yaradılmasına,nə qədər xain,satqın peyda olub.