Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı sosial yardım (ÜSY) almış bəzi ailələrə məktub göndərərək, indiyədək ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb edib.
“AzPolitika”ya müraciət edən vətəndaşların bildirdiyinə görə, Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialının göndərdiyi məktubda ÜSY alan şəxslərin qanunvericiliyi pozduğu, gəlirlərini gizlətdiyi qeyd olunur.
Bildirilir ki, “Ünvanlı sosial yardım haqqında” qanunun 10.2-ci maddəsinə əsasən, ÜSY təyin edildikdən sonra gəlirlərdə baş verən dəyişikliklər barədə vətəndaş 15 gün müddətində aidiyyəti quruma məlumat verməlidir. Qanunun 1.0.6-cı maddəsinə görə isə vətəndaş artıq hesablanmış və ödənilmiş yardımı geri qaytarmalıdır.
Beləliklə, Fond bəzi vətəndaşlardan 5–6 min manat, bəzən isə daha artıq vəsaitin geri qaytarılmasını tələb edir. Məbləğ geri qaytarılmadığı halda DSMF məhkəməyə müraciət edərək ödənişin tutulmasına nail olur. Nəticədə isə yoxsul ailənin bir daha ÜSY üçün müraciət etmək imkanı faktiki olaraq sıfırlanır. Bu isə yoxsulluq həddində yaşayan ailələr üçün ciddi “sürpriz”ə çevrilir. Gündəlik çörəkpulu dərdi çəkən ailənin bu qədər vəsaiti hansı mənbədən tapıb geri qaytarması sual doğurur.
Məlumdur ki, DSMF əməkdaşları ÜSY üçün müraciət edən vətəndaşların evlərinə baxış keçirir, təqdim olunan məlumatların doğruluğunu yerində yoxlayırlar. Bundan başqa, bank əməliyyatları, kart hesabları, mobil telefon xərcləri, aylıq kommunal ödənişlərin həcmi, ölkədən çıxış-giriş məlumatları da diqqətlə araşdırılır. Mütəxəssislər bildirirlər ki, son illər elektron bazaların genişlənməsi sayəsində bank hesabları, kart dövriyyəsi, əməkhaqqı və digər gəlirlər daha asan aşkar olunur. Bu səbəbdən bəyan edilməmiş gəlirlərin gizlədilməsi halları sürətlə üzə çıxır. Həmin gəlirlər isə əksər hallarda çox kiçik məbləğlər olur — bəzən 10–15 manat.

Hətta vətəndaşın sosial vəziyyəti ÜSY-nin təyin olunması üçün yetərli olduğu halda belə, qurum müxtəlif bəhanələrlə imtina cavabı verir, yalnız dəfələrlə təkrar müraciətdən sonra qərar çıxarılır. Lakin bu da yardımın bir il ərzində fasiləsiz ödəniləcəyinə təminat vermir. Fond qanunda göstərilən çoxsaylı tələblərə əsaslanaraq vətəndaşın xırda texniki səhvini aşkar edən kimi dərhal ÜSY-ni dayandırır və onu 6 ay müddətinə müraciət hüququndan məhrum edir.
Qeyd edək ki, qaydalar və məhdudiyyətlər həddən artıq çoxdur, vətəndaşa isə ikinci şans verilmir. Əslində sosial qurumun yoxsul ailələrin acından ölməməsi üçün verilən kiçik məbləğə lupa ilə baxması heyrət doğurur. Halbuki sosial qurumların çoxmilyonluq büdcə xərcləmələrinə, qeyri-şəffaf tenderlərə, altı sıfırlı icarə müqavilələrinə ciddi nəzarət müşahidə edilmir. Medianın sorğuları cavabsız qalır, ictimailəşən korrupsiya faktlarına isə reaksiya verilmir.
Sanki vətəndaşın ərzağına, ən zəruri ehtiyaclarına xərclənən kiçik məbləğ izafi xərc kimi qəbul olunur və onu hansı yolla olur-olsun yoxsulun boğazından çıxarmağa çalışırlar.
Təsadüfi deyil ki, DSMF ÜSY-dən məhrum etdiyi vətəndaşların sonrakı taleyi ilə maraqlanmır. Vətəndaş bir səhvə görə yardımdan kənarda qalırsa, onun bundan sonra necə yaşayacağı sosial qurumu maraqlandırmır. Halbuki bu qurum büdcə vəsaitini xərcləyən dövlət strukturudur. Heç bir məmur atasının pulunu yoxsul ailələrə vermir.

Diqqətçəkən məqamlardan biri də DSMF-nin yoxsul vətəndaşlarla davranışının Prezidentin həyata keçirdiyi sosial siyasətlə ziddiyyət təşkil etməsidir. Belə ki, dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ÜSY alan ailələrin hər birinə 200 manat birdəfəlik yardım ayrılması barədə sərəncam imzalayıb. Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335 200 nəfər ailə üzvü) əhatə edir və bu yardım bayram ərəfəsində onların maddi təminatına dəstək məqsədi daşıyır.
Qeyd edək ki, 2018–2025-ci illər ərzində ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artaraq hazırda 425 manat təşkil edir.
Şikayətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondunun da mövqeyini dərc etməyə çalışacağıq.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər
Dövlət büdcədən əhalinin sosial vəziyyətinin yaxşılaşdrmaq məqsədiilə vəsait ayırır.bəs bunlar bu vəsaiti necə yerinə çatdırırlar? pensiya təyinatında ayrıseçkilik aktıqəbu edib pensiya hesablamasında ayrıseçkilik ediir.əsassız yerə insanların müavinəti.pensiyası kəsilir.narazılıqlara baan tapılmır.əhali narazılığı bir qaydaya dönüb.DSMF-nun fəaliyyətinə nəzarət edilmir.özbaşınalıq davam edir.
Bu Dövlət də Haqq Ədalət deyilən bir şey yoxdur. Bu "Suveren Dövlət"də Haqq da Ədalət də yalnız rüşvət üstündə qurulub. Lənət olsun bu quruluşa.
Sistem çöküb dəyişilməlidir. Bu hökümət başa düşmək istəmir ki işini bacarmır yarıtmır. Getməlidir. Azərbaycanda o qədər ağıllı savadlı insanlar ola ola bir ovuc quldur işxal edib ölkəni. Bu boyda milləti əsir götürüblər.
Mənim bir qohumum 2 ildir o müavinəti ala bilmir. Komissiya hər dəfə gəlib bir bəhanə tapır gedir. Deməyim odur ki, ƏSMN nin komissiyası bütün detalları yoxlayıb sonra müavinət təyin edirsə, kasıbın nə günahı var ki, hər hansı bir səbəbdən ödənişləri geri tələb edirlər. Günah sizin komissyanındır, canları çıxsın özləri ödəsin.
DSMF-nun işi pensiyaçı və əlillərə verilən qəpik quruşu necəllərindən qamarlamaqüzrəfəaliyyət göstərr.Bu qrumda sosial müdafiə düşüncəsi olmayıb və yoxdur.Ona görə insanlar yaşaya bilmirİllərəyüksəmaaş.rüşvət.dövlət əmlakını mənimsəyənlərə120-4000maat.ömrü boyu aır işlərdəçalışanlara 280-32manat pensiya təminatı bu qurumun kiməxidmətetdiyi vənəiləməşğulolduğunusübt edir.bn sübut edir.
MAillət acından ölür. Bir məsəl var ac qılıca çapar. Nəticəsi bir gün ortaya çıxacaq
Bu şəxslər..... Allah ona etdiylərnin bu dünyada əvəzini versin
Üsy alanlar ata anasınnanda imtina etməlidir
Elə ailələr varki, qeyri rəsmi gəlirləri var. Amma sosial yardım alırlar. Sosial yardım düzgün insanlara verilmir. Ümumiyyətlə ünvanlı sosial yardımın verilməsi ləğv edilməlidir
( 24.12.1971 ) mənim 54 yaşım tamam olur. (saat 01:22 44 dekabr) REVMATİZM XƏSTƏLİYİNDƏN ƏZİYYƏT ÇƏKİRƏM. Həkimlər deyirlərki, indi səndə REVMATİZM deyil, daha ağır oynaq xəstəliyidir. Tənha qadınam. Oğlum, qızım yox kömək istəyim. İşləmək qüvvəyə malik deyiləm. Heç olmaya mənə ayda 200 ₼ pul versinlər dolanım. Sağolsun tanışlar dostlar. Onlar mənə pul göndərməsələr səfil gündə yaşayardım
Salam
Sizdən cox xahiş edirəm məni də sosial müavinatla təmin edin
Hec kimim yoxdur, dolana bilmirəm, komunalları ödəyə bilmirəm
56 yaşım var iş yox Maddi dəstək yox, pensiya yaşım deyil, bəs mən nə edim
Ağsu rayonu icra hakimiyyətinə müraciət etdim mənə köməklik göstərməsi. Məndə bu xalqın vətəndaşlyam
Həqiqətən də ozbaşınaliq var bu qurumda. Kimin ağlı nə kəsir, onu edir. Vətəndaşin etirazlarina məhəl qoyulmur, bu il ərzində iki dəfəyə mənim pensiyamdan 420 manata yaxin pul tutulub.... Bu günə qədər səbəbini öyrənə bilmirəm, pulumu da geri ala bilmirəm...
Yoxlanması yaxşıdır. Əhalidə demək, olar düz danışan, işləmək istəyən yoxdur.
Mən gördüklərim , ancaq imkanlılar alır. Mağazası, altında Toyota Prado sürən .
Elə bir söz öyrədiblər İranmı, Rusiyamı . Dövlət baxmalıdır. Neftdi kimə baxırsan, bölür . İşləmək deyəndə ağız büzürlər.
Demek bele sosial muavinat alirdi qonshumuz 6 ayi alirdi Sosial iscisi 6 ayda vetendash ona gore her 2 teref gunahkardir
Да лучше не брать такую помощь от фонда,спокойней спать будешь
Bizə 3il bundan əvvəl sosial yardım ayrılmış lakin mən evə yoxlama gələn zaman hər şeyi doğru düzgün qeyd etdiyimiz məsələni nəzərə almadan bizim ailə üçün ayrılmış sosial yardımı geri çəkirlər biz pulu alıb xərclədikdən sonra aylın 250manat müavinətdən 20manat tuturlar biz ki məlumat vermişdik evə gələn yoxlamalar dedilər heç bir problem yoxdur amma oldu
Həddən artıq süründürməçilik halları var, ictimailəşdirsəniz yaxşı olar.MDSS ödənişlərinə görə camaatın evi yıxılıb.Cənab Prezidentin diqqəti hərtərəflidi.Amma bu quruma cavabdeh olanlar belə elemir
Sosial yardımı kasıblar almir ki varlılar üçündür o kimin orda işleyen tanışı var o alir 2 ayini düzelden götürür 10 ayini alan men 20 den çox sosial yardım alan aile taniyram ki çox gözel evi özü de iki yerde super şerait ayda min 1500 manat maaş alır. Ama aile var kirede qalır ne ev var ne işi evinde makarondan başqa heçne tapılmır ama ala bilmir
niyə bu qurum özbaşına buraxılıb?
Ölkə deyil e derebeylikdi . Bizə kimin qaygisi kecib ay Allah. Teze gelen Sahileə rehmet oxutduracaq
Allah bu milləti özündən savayı heç kimə möhtac eləməsin
Sistem ürüyüb vəinsanların sosial vəziyyətini.azadlığını .yaşamını ağrlaşdırmaq, həyati, yaşamı çətinləşdirməklə məşğuldur.bunu hamıgörür vəbiir. Odur ki, təcili sistem,insanlara yanaşma.sosial vəziyyətin normallaşdrllmasına yönəlik sistem qurulmaıdır.