Menu

KİMLƏR 200 MANAT YARDIMI ALA BİLMƏYƏCƏK? – Deputat AÇIQLADI

23.12.2025, 13:11
KİMLƏR 200 MANAT YARDIMI ALA BİLMƏYƏCƏK? – Deputat AÇIQLADI

Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin aztəminatlı ailələrə 200 manat birdəfəlik maddi yardım verilməsi ilə bağlı imzaladığı sərəncamın icra mexanizmlərinə aydınlıq gətirib.

Deputat bildirib ki, bu qərar bir daha göstərir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yaxşılaşdırılması və sosial təminat mexanizmlərinin gücləndirilməsidir.

Vüqar Bayramovun sözlərinə görə, 200 manatlıq birdəfəlik maddi yardım hazırda aktiv ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunacaq. Bu kateqoriyaya daxil olan ailələrin sayı təxminən 76 min təşkil edir.

Deputat qeyd edib ki, yardımın alınması üçün vətəndaşların heç bir əlavə müraciət etməsinə ehtiyac yoxdur. Ödənişlər mövcud elektron baza əsasında proaktiv qaydada həyata keçiriləcək.

Onun sözlərinə görə, ünvanlı sosial yardım alan ailələr üçün yeni bank kartı açılmayacaq, 200 manatlıq vəsait artıq istifadə olunan mövcud kartlara köçürüləcək.

Vüqar Bayramov vurğulayıb ki, bu birdəfəlik yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə aiddir. Digər sosial proqramların iştirakçıları bu ödənişdən yararlana bilməyəcəklər. Deputat onu da bildirib ki, ünvanlı sosial yardıma müraciət etmiş, lakin hələlik yardım təyin olunmamış ailələrə 200 manatlıq ödəniş şamil edilmir. Yardım yalnız artıq ünvanlı sosial yardım təyin edilmiş ailələr üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, sözügedən sərəncam bayram ərəfəsində aztəminatlı ailələrin maddi durumuna əlavə dəstək məqsədi daşıyır və sosial həssas əhali qruplarının qorunmasına xidmət edir.

“AzPolitika.info”

Şərhlər

azər 2025-12-25 18:47:26

buölkədə sosyalyardimkimi nazirliyin sosyallayihələri pullular üçündür kasiblar ölməlidir mənim ürəyçatişmazliğimvar pensiyaalırdım kəsildi iki azyaşlı evladim var sosyalyardım aldım biril onudakəsdilər indi dilənirəm menede yardim edin görüm edersiz hörmətlinazirlər mənimkimiləri neynirsizey nezerealib biz acınnan ölseydeolar

Əbülfət Talıbov 2025-12-25 16:25:58

Sosial yardım labirintdə gizlədilmişdir, kim bacarırsa girsin, götürsün.

Səmaya Nəsirova 2025-12-25 13:03:20

Bəs sosial ala bilmiyənlər neynəsin olar uşağ böyütmür oların ehtiyacı yoxdur görəsən

Dəyanət Ağayev 2025-12-25 12:23:18

Sosial yardım alanlar həqiqətən də ona ehtiyacı olmayan insanlardır, əsl ehtiyaclı ailələr bu yardımdan faydalana bilmir. 20 il əvvəl satılan maşının arxivə baxaraq bəhanə gətirilməsi nə dərəcədə doğrudur? 400 manat gəliri olan, 4 üzvdən ibarət ailə dövlətin fikrincə, ehtiyacsızdır? Bəs yaşayış minimumu ilə ölçülmür? Sosial yardım alanlar dövləti aldadaraq büdcəyə zərbə vurur, soruşanda da deyirlər, dövlətdən (onların misalında donuzdan) bir tük çəkmək də böyük işdir. Bacarana baş qurban.

Kərimova Şövkət Mubariz qizi 2025-12-25 11:45:02

Mən 2 qrup birdəfəlik əliləm evimin gəliri 389 azn pensiyadan ibarətdi.yoldaşimda xəstədi heç yerdə işləmir.qizlarimiz məktəblidi.kasib bir ailə olaraq dəfələrlə sosial yardım almaq üçün müraciət etmişəm.deyirlər işləyən lazımdır.saglam olub işləsəydim.nəyimə gərəkdir o sosial yardım.çox haqsızlıq edilir.bir əlil insan kimi dövlət kasiblarin yaninda deyil işləyib özlerini təmin edənlərə dəstək olur.bu da heç duz deyil

Samir 2025-12-25 09:59:57

Heç olmuya bayramın günündə xəstə uwaqlar əlil uşaqlarıda sevindirin allahda xow geder

Samirə 2025-12-25 06:43:21

Valla aztəminatlı ailəyik yoldaşım fehkelikle meşgul olur 3 övladım var biri əlillik dərəcəsi alır digərinə ala bilmirəm.buna baxmayaraq sosial yardım ala bilmirəm.ne evimiz maşınımız torpağımız var.gelib yoxlasalar görecekler

Gülşən 2025-12-25 01:37:57

Aile başçısını itirməyə görə niye verilmir ? Tek uşaq saxlayıram. Bizede verilsin

Lamiye 2025-12-25 01:10:39

Salam men sosyala senet vermisem baxis kecirilib teyinata namizedem menedeverilecek 200m?

Vügar 2025-12-24 20:03:40

Sosial yardim alanlar 90%hamisini imkani var kimin taniwi var alir amma bizim ailedə 8 nefər 220 manat pensiya ilə yaşayir, Sosial müdafiə Nazirliyinə demek istəyirəmki sosial yardim alan aileləri yoxlasalar yaxşi olar,

..... 2025-12-24 17:18:57

Sosial yardım almayanlar adam deyil. Yoxsa yeyib içmir havanan dolanır.

Qurbanov sübhandı yevlaxlıyıq 2025-12-24 17:14:41

Salam mənim atam ağır bəd xassəli xərçəng xəsdsidi 1ci qurup əlildir yataqda yatır biz sosialdan imtina gəldi düzəlmə biz az yaşadı 2 qardaşıq atamın vəziyəti çox ağırdı biz çox kasıblıq dolanışıq çox çətindir xahiş edirəm bizə kömək edəsiniz biz çox imkansız ayuləyik istəsəniz adresi verirəm gəlib özünüzdə baxarsınız bizdə kömək edin əmi

Murad 2025-12-24 16:48:08

Mənə duşəcəkmi yetm uşagam gurə atam yoxdu 16 yaşm var anam yaşı 61 di

Muxtarov Yusif 2025-12-24 15:41:41

Ailə başçısını itirdiyinə görə sosial alanlara veriləcək 200m?

Ceyhun 2025-12-24 15:31:42

Mən 3qr əllıləm sağ ayağım kəsilıb 180 man alıram mənədə köməklık etsənız minnədar olaram

Elnur orucov 2025-12-24 15:18:38

Üc uşağim var hec bir yerdən gəlirim yoxdu anasizdilar tək mənəm baxa bilmirem

Muxtarov ismayıl 2025-12-24 15:08:17

3 uşağım var bir oğlum 1 ci qrup əlildi 320 azn pensiya alırıq sosial yardımı düzəldə bilmirəm deyirlər hardasa işləməliyəm kəndə fəhləlik edirəm özümdə 2 ci qrup əlil olmuşam indi kəsilib pensiyam bizə də yardım edin

CEMİLE 2025-12-24 14:45:08

Men tek anayam. 3 qurup ELLİLEM SOSYALA. MİRACİYET. Etmisən baxış olmayıb hele bizde. Yardım. Edin

Təranə 2025-12-24 13:46:42

250 sosial alanlara düşür ? Ankoloji xəstələrə ?xahiş edirəm cavab verəsiniz

Xəyal 2025-12-24 13:36:46

Vetanliq alanlarada kömək edin xayiş edirəm 80 manatla heçnə etmek olmur.

Şəhla Hacıyev 2025-12-24 13:01:02

Hörmətli cənab prezident Mənim Üç uşağım var biri iflic xəsdəsidir yoldaşım üçün cü qurub əlildir biz sosiyal ala bilmirik bizədə kömək edin yalvarıram

Babək 2025-12-24 12:59:48

Bizim aileye sosyal yardım teyin edilib amma kart gelmeyib biz necə yararlana bilerik 200 manat birdəfəlik yardımnan

ASTANOV AFİQ KƏRƏM OGLU 2025-12-24 12:46:59

Bizdə kömək etməyinizi xahiş edirik bacım Ekoloji xesdedir sosial pensiya alır dava dermana gedir aldıqda mecatam bir yerdə işləmir ne ozm bizde köməklik etməyinizi sizdən xahiş edirik

Günay 2025-12-24 12:39:28

Atasını itirmiş uşaqlar bu yardımı ala biləcəklər?

Amil 2025-12-24 12:16:50

Qazax

Şahbazova Gülarə 2025-12-24 11:41:08

Ən əsas əliillərə və ayilə başcısını itirənlərə vərilməlidi yardım. 200 verilirsə bizlərədə hec olmasa 100 ya 50 verilməlidi.
Справедливости нету

Khalikoff 2025-12-24 11:40:10

Vüqar Bayramlı deyərsiz o 200 azn qoysun cibinə özünə saqqız alar.. utanmırlarda deyirəm öləndə rəhmət yox töhmət eşidəssiz xalqdan.. heçnə demirəm Allah şahiddi hər şeyə

Aşurova Yeganə 2025-12-24 09:46:23

Məndə 3 aydan çoxdur sosial yardım almaq üçün müraciət etmişəm mənə imtina gəlməyib amma 3 aydır ki, kartı ala bilmirəm yubadırlar qəsdən.Qapılarda qoyublar mənidə, rayondan Bakıya gəlmişəm sosial yardım almaq üçün.Bir plastik kart nədir ki,onu hazırlayıb verə bilmirlər

Murad 2025-12-24 08:19:51

Dekabrın 3ü əlillər gününə görə 30 manatı da belə vermək lazım idi.Nə qədər insan 30 manatı ala bilmədi.

Adil Cəfərov Famil oğlu 2025-12-24 08:16:22

Biz 2025. 1 Maydan köçürülmüşük Ağdama iki körpə uşaqım var heç bir işlə təmin etmillər ayda 60 manat Dovlət yardımı alıram müraciyət etmədiyim yer qalmayıb görəsən mən idi neynəyim necə yaşıyaq

İsrail 2025-12-24 07:39:10

80 manat veteran pulu heç dərmana çatmır

L.Abbasova 2025-12-24 06:50:53

Salam.Mənim 4 uşağım var sosyal yardım ala bilmirəm.mənim də uşaqlarıma köməklik edin azınan heç olmasa bu uşaqlar da bayram etsinlər.

Gulsen esgerova 2025-12-24 06:47:24

Sosial muavinet ala bilmirem. Amma imkanimda yoxdu.korpe usaqlarim var.xestem var.bu insanlarida nezere alin.zehmet olmasa.biz sosial duzelde bilmiriy ne edey?nece boyudey usaqimizi.nece sagaldaq xestemizi.

Xwlilova Xetai. Omurluk 1qrup 2025-12-24 06:16:38

30 manatida vermediler 1vinqrup elilem. Hec yere gede bilmirem karta atardilarda. Bu pyluda bize vermirler. Makarin yemekden.day pis gundeyik aldiqim pylndermanlarda. Kreditde. Ev kurayesinde

Zeynalova Ayten 2025-12-24 05:00:52

6 uşaqli ailelere dusmur?200m

Cəmilə Əmiraslanova 2025-12-24 02:45:24

Salam. Mənim 65 yaşım var. 220 manat təqaüd alıram. Mənə də xahiş edirəm 200 manat sosyal yardımdan ayırmasın. Təzyiq,şəkər xəstəsiyəm , iki əməliyyat keçirmişəm. Çox sağ olun.

Cəmilə Əmiraslanova 2025-12-24 02:39:27

65 yaşım var . Təzyiqim,şəkərim var. İki əməliyyat keçirmişəm. 220 manat müavinət alıram. Mənədə 200 yardım etmənizi rica edirəm. Çox sağ olun.

KƏMALƏ RƏHİMOVA ARİF QIZI 2025-12-24 00:44:33

55 yaş. Tək qadınam. Ailəm yox. İşum yox. Bacım kömək edir. Xaiş edirəm mənə də kömək edin
0702314555

Elşən Qurbanov 2025-12-24 00:23:18

Yoldaşım işləmədiyi üçün ünvanlı sosiyal yardım ala bilmirik. Üç övladım var biri 10 yaşında ikisi də 8 yaşında bu üç uşaq hara əmanət edilib Ana çalışsın hörmətli Dövlət nümayəndələri? Bəs Ana necə və harda çalışıb, evdəkilərlə də maraqlansın?? Bês bu ayilələr görən neçə mindir?? Heç nəzərə almısınızmı..

Günel 2025-12-24 00:17:15

3 uşağım var ailə başçısını itirdiyimə görə muavinat alıram bəs bizə niyə verilmir nə fərqi varki tək anayam

Xalid Ağayev 2025-12-23 23:13:50

Sosial yardım alanların əksəriyyəti imkanlı şəxslərdir yoxlamalar düzgün aparılmır gəlirləri gizlədilir . Ehtiyacı olan aztəminatlı ailələrə kənarda qalıb

Çinģiz 2025-12-23 21:59:17

Bizede köməklik ederdiniz.bayrama heçneyimiz yoxdur.çoxkasıbix.4 yaşinda nevem bir gızım var.

Elxan pirverdiyev sahib o 2025-12-23 21:20:41

Salam atam anam yoxdur tək yaşaylram.Atam pensiya alırdı 7 aydır rəhmətə gedib.İndidə təkəm işləmirəm bunlarıda nəzərə alın zəhmət olmasa.Kimə müraciət edək kimlə əlaqə saxlayaq?

Zərdabi Rəbiyyə 2025-12-23 18:58:07

Bir tək ikinci qrup ələllərə hec nə yoxdur...görən niyə..?

Əliyeva Müşərrəf 2025-12-23 16:56:29

Bizədə kömək edin 4 uşaqım var gəlir yerimiz yoxdur körpələrin nə günahı var.

Nazile 2025-12-23 16:48:00

Sosial müavinat alanlari nezere alin ovladim qusurludur 320 manatla hecne etmek olmur

XXX İRADƏ ABBAS QIZI 2025-12-23 14:51:55

MÜAVİNƏT ALANLAR ADAM DEYİL? BİZƏ NİYƏ KÖMƏK ELƏMİRSİZ? TƏK ANA 2QR ÖMÜRLÜK ƏLİLƏM. İŞ QABİLİYYƏTİM YOXDU. HEÇ YERDƏN YARDIM ALMIRAM. BİZƏDƏ KÖMƏK ELƏYİN. ALLAH RİZASİ ÜÇÜN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol