Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ruslan Eyyubovun hansı cinayətlərdə ittiham edildiyi məlum olub.
“AzPolitika” xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, R. Eyyubov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir.
Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
***
15:44
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
"AzPolitika"-nın “verdiyi məlumata görə, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmə qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib.
Həmin işin təfərrüatı barədə mətbuatda geniş məlumat verilib. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.

Şərhlər
Bu gün, möhtərəm Prezidentimizin AD GÜNÜDÜR, bu münasibətlə onu təbrik edir və can sağlığı arzulayıram. Yuxarıdakı mövzuya gəlincə isə bu Əyyubov qardaşları özləri deyək ki, heç, axı uzun illər ULU ÖNDƏRƏ və onun varisi İlham Əliyevə xidmət etmiş əmiləri Bəylər Əyyubava qarşı da yönələn alçaq hərəkətdir. Nə isə kimliyindən asılı olmayaraq hər kəs QANUN qarşısında cavab verməlidir.
40 ildir ki bu soyad altında yaşayanlara gözün üstə qaşın var deməyə heç kimin cürəti çatmayıb. Bunların bəzi fərdləri cəmiyyətin gözü qarşısında nələr etmədilər. Yəni doğrudanmı bu iqtidar komandasında ölkəsinə insaf, ədalət gətirmək istəyən, millətinin ayrı-ayrı intellektsiz, küntöy və yöndəmsiz anarxistlər tərəfindən alçaldılmasına dözməyən görəvlilər var. İnanmağım gəlmir. Əgər bielələri varsa onları bağrıma basıram. Amma yenə də sual edirəm. Çox gecikməmisinizmi? İş işdən keçməyibmi? Bu şəbəkəyə gücünüz çatacaqmı? Bu qədər yatmaq, bu qədər susmaq, bu qədər gecikmək olardımı? Ölmüşdünüzmü dirildiniz?
bunlar ölkəni çapıb talayırmışlar ki
Onlara heç nə etməyəcəklər. Oyundur millətin başını qatmaq üçün.
2 ci şekildeki adam esl Sumo güləşçisinə oxşayır
Gömrük Komitəsi legv edilmelidir.1 manat deyib 5 mln pul gotururler bu nedir bele hara baxirlae??
Halal olsun..Bacarana baş qurban
General Həsənin kiteli qabaritinə uyğun deyil.