Menu

Seymur Həzinin məhkəməsi gələn ilə qaldı

26.12.2014, 18:41

seymur heziDekabrın 26-sı Abşeron Rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə proses davam edib. “Media forum” saytına danışan vəkil Adil İsmayılov deyib ki, şahidlərin dindirilməsi başa çatıb:

“Biz əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırdıq. Vəsatət təmin edildi. Proses gələn il yanvarın 13-də davam edəcək”.

Seymur Həzi avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. Seymur Həzi Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir. Hakimiyyət təmsilçiləri bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyəti olmadığını vurğulayır.

Seymur Həzi “Azadlıq” qəzetinin, xaricdən peyk vasitəsilə yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin öncül şəxslərindəndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol