Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.
"AzPolitika" "musavat.com"-a istinadən xəbər verir ki, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?
Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.Həmin bağın “Google Maps” vasitəsilə əldə edilən görüntüsü

Bildirilir ki, Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sotdan yuxarı olub.“Google Maps”da bağın ölçüləri: eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5.8 hektar ərazini əhatə etdiyini ortaya qoyur.Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı “Tarkhan” - Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, “Sübhə” Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur.
Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir.
Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov “NB” Şirkətlər Qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamıdır. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit, boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib.

Diqqətçəkən məqam isə Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, “Liman işi” artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazisi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi görünür. Baş Prokurorluq bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

Şərhlər
Şəki İcra Hakimiyyəti "Qocalar Evi"ni xatırladır, o cümlədən Yüksək pensiya alan, öz sülaəsinə xas olan adamlarını Şəki Bələdiyyəsində işlə təmin olunublar ? Şəki Bələdiyyəsidə "Qocalar Evi"ni xatırlayır. Yüksək pensiya alanlar, (AYDA 2000-3000 manat )Şəki Bələdiyyəsində işlə təmin ediblər Ali təhsilli Qazilərimiz, Şəhid ailələri isə işsiz gəzirlər.... Məmurların iş fəaliyyətinə nəzarət edilmir ?
Ondan çox sərvətləri olanlar Şəkidədir !
ƏHSƏN, AZPOLİTİKA
Guta bunu indiyədək bilmirdilər? Bilmirdilərsə onda nə ilə məşğul idilər? Sadəcə talançılıq. İndi belə məsləhət olub.
.......... vətənimizi işğal edim talan edir viran qoyurlar. Biz isə şirin yuxuda yatırıq
........ sponsor taniyir,va yunileyini geyd edir!
Duxunuz çatmadı, eləmi? Bu da keçər
Açığı, bilmirəm, Azpolitika bu şərhi dərc edəcəkmi??? Oxucu Sadiq bəy bildirir ki, bunlar dövlətin içinə girmiş mafiyadırlar. Kiçik bir bənzətmə gətirəcəyəm. Yəqin ki, çoxlarımız kənd admlarıyıq. Fermaların ətrafında adətən çoxlu təzə-köhnə peyin olur. Yəqin ki, onun içində soğulcanları da görmüsünüz. O peyinin içində həmin soğulcanlar burdan girib ordan çıxır, ordan girib burdan çıxır, bir növ sevincək həyat sürdüklərini zənn edirlər, bu sürülər dövlətin içinə girmiş mafiya deyillər, onlar həmin soğulcana bənzəyirlər. Bəylər Əyyubov görmürdü öz qohum-əqrabasının əməllərini? Böyük günah elə onun özündədir. Araşdırsan, onun özünün nələri ortaya çıxar. Əksəriyyət cənab Prezidentə sadiqlik göstərir (rus dilində buna “медвежья услуга” deyirlər), əslində onun ayağından dartan, nüfuzuna xələl yetirən elə belələridir. Bu məmləkət bu addımlarla haraya gedir, adam dəhşətə gəlir. Ölkə başçısına belə ayı xidməti olmaz. Sonda Çin fəlsəfəsindən bir ibrətamiz nümunə gətirmək istərdim. Nizam-intizam, yəni Qanun heç bir istisna tanımır. Lider hətta ən sevdiyi (sevimli) insanlara belə qaydaları tətbiq etməklə səlahiyyətlərinin ciddiliyini nümayiş etdirir, əks halda sistem dağılır. Nəticəni özünüz çıxarın.
NETER DE XEBERIM OLMAYIBEEEE....
bunlar dövlətin içinə girmiş mafiyadırlar
Otuz ildən çoxdur ki, bu nəsil ölkədə qaçaqmalçılıq, vergidən yayınma, rüşvət, korrupsiya, narkoticarət və heç bir Qanun tanımadan hər bir əməlin başında duranlardır. Yoxlayın görün bunlar dövlətə nə qədər vergi, gömrük rüsumları ödəyiblər!? Tək bu nəsilin bizneslərini vergi və gömrüyün cəlb etməklə büdcənin gəlirlərini 2-3 dəfə artırmaq olar...