Menu

SƏNƏDSİZ EVLƏRƏ BU İL ÇIXARIŞ VERİLƏCƏK? - Əmlak amnistiyası keçirilə bilər + VİDEO

04.01.2026, 20:22
SƏNƏDSİZ EVLƏRƏ BU İL ÇIXARIŞ VERİLƏCƏK?  - Əmlak amnistiyası keçirilə bilər + VİDEO

Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər. Xezerxeber.az-ın məlumatına görə, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq ili" elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər, riskli zonalarda olan tikilələrin aqibətini yenidən gündəmə gətirib.

Millət vəkili Jalə Əliyevanın sözlərinə görə, proses həm də ölkə büdcəsi üçün müsbət haldır, çünki qeydiyyata alınan və sənədləşdiirlən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaq.

İlk növbədə, qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-ci ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil. Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc isə deyib ki, bu say 500 mindən çox da ola bilər.

Onun sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilən evlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası keçirilə bilər. Bu isə o demədkir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər.

Şərhlər

Mən 2026-01-06 16:53:23

Bu qərardan sonra necə adamın çıxarış çıxartmaq istəməsi mümkün olmayıb. Arxiv sənədlərini atıb ortaya rüşvət istəyirlər. Azərbaycanda elə bir dövlət orqani yoxdur orada rüşvət olmasın.

Qasımov Mənsur 2026-01-06 11:28:01

Elə olsa icra başçıları könüllü istefa edəcəklər

Rasim Quliyev 2026-01-04 23:01:01

Ortada o boyda meblegler fırlanır kimde o boyda puldan imtuna edən.Çıxarış olsa camaat vergi verər. Dövlətə xeyr verər amma niyə vermirlər çünki onda rüşvət verən olmayacaq.

Ay işığı Bədirə 2026-01-04 21:04:22

İllər deyl? Təqribən beş ildə bir dəfə hüquqi vədlər verilir. Ciddi Özəl Demokrat yeni tam azad dövrdə bir sıra ərazilərdə heç bir yeraltı, yerüstü tədqiqat sınaqları aparmadan KİMinsə (mərkəzə mümkün yaxın, dəyərli?) yeni ekspromt (lapdan-Hop-Şop?) *yaşayış massiv*ləri öz eksprom qazanc hərisliyi iri sənədli çox mənzilli yaşayış binalarına da *alayarımçıq* (Yeni *təmirsiz*?) nəfs azar-viruslarını ötürüblər? Bu işlər neçə mənzil-tikinti bölgüsü, kommunal-arxitektura və digər yerli-nəzarət idarələrini gözləri önündə bu əməllər icra edilib? Artıq, bu il sentyabrın 1nə hamısını sənədləşdirib, artıq-əskiyini yox etsinlər?

miri 2026-01-04 19:25:38

İnsanların tikdikləri evləri özlərinə sənəd adı ilə yenidən satmağa amnistya ilə pulsuz edilməsi ehtimalı azdır. Bu qədər puldan imtinaya çətin gedirlər.

Bədir 2026-01-04 17:51:43

İllərdir belə boş vədlərlə xalqın ac "qarnı doyulur" nəticə isə sıfır. Əslində bu işin həlli də asan deyil. məmurlar rüşvət və korrupsiya bulaşaraq insanlara qanunsuz torpaqlar verib, insanlar evlər tikib. İndi nə sökə, nə qanunauyğun sənədləşdirmə bilirlər. Bir sözlə məsələ dalana dirənib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol