Hasil Vasif oğlu Abbasov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Hasil Vasif oğlu Abbasov 1985-ci ildə Laçın şəhərində anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə təhsil alıb.

2008-2010-cu illərdə təhsilinin magistr pilləsini Avstraliyanın Sidney şəhərində yerləşən Makquari Universitetində "Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi" ixtisası üzrə bitirib.

2012-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Təhlil və strateji planlaşdırma şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

2022-ci ildə Asan İnnovativ İnkişaf Mərkəzinin direktoru olub.

2023-2024-cü illərdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər DMA-nın sədr müavini vəzifəsində işləyib

İngilis və rus dillərini bilir. 

Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, Agentliyin əvvəlki sədri Sadiq Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə bağlı ərizəsinə əsasən işdən azad edilib.