ABŞ Prezidenti Donald Tramp venesuelalı müxalifətçi siyasətçi Maria Korina Maçadonun ona medal təqdim etməsindən sonra Nobel Sülh Mükafatının sahibi olmayıb.
APA xəbər verir ki, bu barədə Nobel Komitəsinin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, medalın, diplomun və ya pul mükafatının taleyindən asılı olmayaraq, tarixdə mükafatın sahibi kimi məhz laureat qalır.
Hətta medal və ya diplom sonradan başqa bir şəxsin mülkiyyətinə keçsə belə, bu, Nobel Sülh Mükafatının konkret şəxsə verilməsi faktını dəyişmir.
Vurğulanır ki, Nobel Sülh Mükafatı geri alınmır, onun verilməsi ilə bağlı qərar isə yekundur və müddətsiz qüvvədə qalır.

Şərhlər
Son xəbərə görə Xanım Maria Korina Maçado Ana-Doğma Vətəni Venezuelanın toxunulmazlığı naminə layiq görüldüyü Nobel Sülh (bir milyonluq) mükafatını ABŞ Prezidenti Donald Trampa verib. Məncə, Xanım Maçado bununla özünün bir neçə qat-təkrar olunmaz Sülh mükafatına layiq laureat olduğunu təsdiqləyib! Bizsə, yüksək müstəqilcə Venezuelanın (və digər adları nədənsə) *rusca* adlandırırıq?