Menu

QAR YAĞACAQ, YOLLAR BUZ BAĞLAYACAQ... - Sabahın hava proqnozu

18.01.2026, 13:02
QAR YAĞACAQ, YOLLAR BUZ BAĞLAYACAQ... - Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-4° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 3-7° şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Şərhlər

Leyla 2026-01-19 11:24:00

Dözdüm dözdüm dozə bilmədim dekabirin axırınan bu xəbər çıxır qarşıma qardaş bu qar yağır mən görmürəm nediii sefafdi?

İlkin 2026-01-19 09:29:58

İnşallah yağar gözüm yoldadi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol