Mediada və sosial şəbəkələrdə Sumqayıtda bir sahibkarın mallarının özünü İcra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxs tərəfindən necə “müsadirə olunduğuna” dair video yayımlanıb.
"AzPolitika" xəbər verir ki, görüntülər haqlı etiraza və müxakirələrə səbəb olub.
Videodan göründüyü kimi, guya piyadaların qeydinə qalan şəxs sahibkarın səkiyə düzdüyü meyvələri əlindən alaraq, maşına yüklədir və onu tənbeh edir. Malları da şəxsən vətəndaşın özünə yüklədərək, bir növ onu aşağılayır və özünü “kəndxuda” kimi aparır.
Bu cür hallar birinci dəfə deyil baş verir və müvafiq orqanların özbaşınalığı zatən çətin günlərini yaşayan kiçik sahibkarları daha da sıxışdırmağa xidmət edir. Ən əsası isə kiminsə mallarını bu cür “müdsadirə etməyə” qanunla heç bir orqanın ixtiyarı yoxdur.
Doğrudur, sonradan Sumqayıt İcra Hakimiyyəti məlumat yayaraq, həmin sahibkarın mallarının müsadirə edilmədiyini və küçə ticarəti üçün ayrıca yarmarka yaradıldığını bildirib. Lakin istənilən halda, videodakı fakt faktlığında qalır və bu, ümumilikdə müvafiq orqanların vətəndaşa, sahibkara qarşı yaramaz münasibətinin bariz nümunəsidir.
İqtisadçı Natiq Cəfərli də bu hadisə ilə bağlı paylaşım edib və bunun tam özbaşınalıq kimi dəyərləndirib: “"Vsyo, qoyun maşına" - bunu deyən məmur kimdir, bilmirəm, amma Azərbaycanın düşməni, iqtisadiyyatın qatili, qanunsuzluğun simvoludur. Güya, səkidən keçən vətəndaş qədrinimi bilir - ay-hay, yaxşı, bu məmur nə haqla sahibkarın malını müsadirə edir? Hansı qanunla, rəsmi qərarla?
Mağazanın qarşısına mal çıxartmaq olmaz - tamam, qərar göstər, kağız təqdim elə, o məzlum, susqun sahibkarın əlindən malını niyə alırsan, alıb hara aparırsan? Yaxşı, burda malı mağazanın qarşısına çıxartmaq olmazsa, niyə şəhərin 1000 yerində olar? Hansı qanun bunu tənzimləyir, bu məmləkətdə yazılmış, hamının bildiyi, hamının əməl etdiyi qaydalar nə zaman olacaq?! Yazılmış qaydalara hardan baxmaq olar?! Yoxsa, məmur özünü qanun, məhkəmə, hakim sayır?! Belə yanaşma, bu kafada olan məmurlar iqtisadiyyatı boğur - anlamırsız bunu?!”
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Güya bunlar işleyirler iş görürler
Ayıb olsun bele məmurlara
Avropa olmağa hele çox var
Küçe ticarəti olub və olacaq
Ar olsun bele məmurlara
Hamı söyür və qınayır, amma,bilən varmı ki piyada yolunda alver etmək olmaz! Nəyə görə piyada ,avtomobil yoluna çıxıb getməlidir! Belə tədbirlər hər yerdə tətbiq olunsa daha yaxşıdır!
o insanın özü boyda balalarının yanında niye kicildirsiz?ayib olsun
Prezidentimiz xalqla maraqlanın,xalqi dinləyin ,xalqla çox göydən getməyin deyə əmr verib bunlara.niye əksini edirlər?isden azad olunsun mənce çünki tapşırığa əməl etməyib !
Vicdansiz. Harami olsun. özü aparib satdirajaq. Hec olmazsa icəri yığardı. O yaziq ona pul verib.
Bu məmurun davranışı yeniazərbaycan məmurunun tipik nümunəsidir. Həm qorxu saçır, həm başqasının malına əl qoyur, həm zorpa olduqlarını təbliğ edir.Xülasə, qayda qanun yox, ağanln istəyi yetər(((
Məsələnin digər tərəfi də var , kücələrdə tozun torpagın icində ərzaq satmaq olmaz.
yeqin zakir ferecova aparirmis o tek yeye bilmez o almalari bele insanlar olume layiq insanlardir sen bu seherde nece yasaya bilecen innen bele ay ...
Neçə gündür bu biyabırçılıq müzakirə mövzusudur amma Sumqayıt şəhər icra hakimiyyəti qılınır da tərpənmək istəmir, həmin işçi haqqında ölçü götürmür. Adminstrasiyadan da yəqin Zakir Fərəcova heç nə deməyib. Çünki Zakir Fərəcova yalnız iki adam söz deyə bilər. O Xandır. Zakir Fərəcov isə xalqa da onun münasibətinə də çoxdan tüpürüb
-Vsyo. Qoyduz maşına?
-Bəli cənab inspektor.
-İndi sürün bizim evə.
-Baş üstə rəis.
.... Sən nə .... ki, əmr də edəsən??? Əgər bu .... cəzslandırmasalar saha nə deyim???
Ayıb olsun
Bunlar nagıldı.Mal maşına yıgıllır,çıkilişdə sonra mal təzədən yerinıə qoyululur.Omalı yıgan oglan canavardı, ona ilişmək çətin.Reytinq
yazıq qara millət bilmir nədən beş qəpik çörəypulu çıxarsın, hələ utanmaz halda əziyyət çəkənin də çörəyini əlindən alırlar. Yazılası çox şey var , sadəcə nəysə deyib keçirik
Ölkede ne qeder ki,cezasızlıw hökm sürür Xudayar
"Beyler" çoxalacaq ki azalmatacaq ne qeder ki Qanunlara onu qorumalı olanlar emel etmir.
Adsma deyərlər ki sən kimsənki belə vətəndaşın malını müsadirə edib özünü göstərib farmazonlığ edir. Bu vandal məmura töhmət verilməlidir öz vəzifə səlahiyyətlərni aşıb. Və işindən azad olunarağ vətəndaş hüquqlarına dair qanun qarşısnda cəzalanmalıdır!
Bu özbaşınalığı edənləri kim və nə zaman cəzalandıracaq? Qoyun maşına -hara aparın?
Sahibkarın müti vəziyyəti heç kimi təəcübləndirməsin.bilir ki,etiraz eləmək istəsə özünü də müsadirə edəcəklər,dükanını da.
O vicdansız məmur özünü küçədə meyvə satanların yerinə qoysun.heç kim bu işi ağ günündən görmür. Dolanmaq üçün çıxış yolları o qədər də çox deyil.
Nə isə .Allah mərdümazara lənət eləsin.
MEŠƏDIRDƏ MEŠƏ.........
Zakir Fərəcov özünü bir növ mini Vasif Talıbov kimi aparır. Ölkədə 70-ə qədər İH başçısı fəaliyyət göstərir. Ancaq Zakir Fərəcov qədər və ona tay olası feodal düşüncəli, özündən müştəbeh, qanunları heçə sayan, korrupsioneri yoxdur. Niyə bunun haqqında ölçü götürülmür-müəmmalıdır!?
Xiyar meselesi) bu memurda xiyardi
Xudayar beyi ora hansi pristav gonderib ?
Belə hallar insanlarda dövlətə qarşı qəzəb yaradır, bu qəzəb get gedə şişir. Ədaləti təmin etmək çox vacibdir. 1-ci sosial ədalət, 2-cisidə ümumilidə bu cür qanunsuz davranışlar. Hər bir məmurun hərəkəti qanuna söykənməlidir. Ümid edirəm ki, ölkə rəhbərliyi qeyd olunanları görür və qəti münasibət bildirməklə yanaşı ədalətin bərqərar olması üçün lazımi addımları atacaq.
Böyüyündən- İHBaşmısı Fərəcovdan həm dərs alıb, həm də belə davranmaq üçün göstəriş. Belə han bir neçə ay əvvəl də elə bu eşşəyin iştirakı ilə baş vermişdi və KİV-də işıqladırılmışdı. Noldu? Açıq aydın cəzasızlıq mühitidir və nə qədər Fərəcov başçıdır belə də davam edəcəkdir
Meyvə satanın dişsizliyinə utandım.