Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib:
"Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".

Şərhlər
Venezuella prezidentinin qaçırılması quldurluq və hüququn kobud şəkildə pozulması kimi şərh edilir amma sülh şurasına qoşulur? Təzaddır. Ukrayna yavaş yavaş əldən gedir. Ukraynadan sonra ağ ayı caynağını post sovete çevirəcək. trump mişkadır və trumpdan sonra yeni seçiləcək ABŞ presidentindən çox böyük ehtimal məcbur üz döndərəcəyik. Məcbur üz döndərəcəyik. Trump sanki sərin əsən yay mehidir ötəridir.