"Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu.
Şikayətçilər bildirirdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:
"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür", - deyə o bildirib.

Şərhlər
Çox təəssüf ki, lazımsız bərabər, ya bər-bər camisi kimi unudulan sosializmi əvəzləmiş özƏL-dövlət İqtisadi Cəmiyyəti əlavə təbii ehtiyatlarla və vətəndaş-işçi haqlarına daha ciddi zəmanətlə hələ də İş verənlər, ya işə götürən MM İH-ləri bir yana, hüquq orqanları, məhkəmə-hakim, onların icra işçi-elenenləri sırasında da Əmək haqqlarının ötən, yəni artıq ödənmiş məbləgdən görülmüş işə görə alınır!? Yoxdur sözü, haradansa və nəyinsə satılma hesabınasa maaşın ödənilməsi ən vacibidir!