Menu

“MƏMUR KASTASI CİDDİ MÜQAVİMƏT GÖSTƏRİR...” - “Bunlar biznesi boğmaq, rüşvət və korrupsiya üçündür”

26.01.2026, 21:03
“MƏMUR KASTASI CİDDİ MÜQAVİMƏT GÖSTƏRİR...” - “Bunlar biznesi boğmaq, rüşvət və korrupsiya üçündür”

Azərbaycanın xarici ticarətində getdikcə idxal ixracı üstələməyəı başlayır. Bu isə olduqca təhlükəli tendensiyadır və devalvasiya da daxil olmaqla, müxtəlif fəsadlara yol aça bilər. Lakin hökumət bu prosesin qarşısını almaq üçün müasir, çevik üsullardan deyil, aşırı nəzarət və tənzimləmələr, vergi, rüsum, cərimə artımlarından istifadə edir.

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşımında yazıb:

“Rəsmi məlumat: “Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Son nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə azdır”.

İxracımız azalır – çünki, ixrac etdiyimiz neftdir (neft məhsulları və qaz da daxil), onun da hasılatı və qiyməti düşür.

İdxalımız artır – çünki, ölkədə nəsə istehsal etmək sərfəli deyil, yerli istehsal azalır, təlabat isə artır (əhali artır, tikinti işləri gedir və s.) nəticədə Azərbaycanın xaricdən asılılığı yüksəlir.

Ticarət dövriyyəsində müsbət saldo 8 dəfədən çox azalıb, cəmi 663 mln. dollarlıq fərq yaranıb, bu il, 2026-cı ildə ticarət dövriyyəsi mənfi saldoya düşəcək.

Yaxşı, bəs hökumət bu rəsmi rəqəmlərdən dərs çıxarıb getdiyi səhv yoldan dönmək, aşırı tənzimləmədən əl çəkmək, vergi-gömrük rüsumlarını aşağı salmır, biznes mühitini yaxşılaşdırmaq, mənasız nəzarətedici qurumları azaltmaq istəyirmi?!

Məncə yox, səbəb kimi daha bir rəsmi məlumatı misal göstərmək olar, AQTA: “Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, "Heyvan sağlamlığı haqqında" qanun layihəsi isə hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb".

Mənasız qurum olan, biznesin işinə lazımsız müdaxilələr edən AQTA, öz təsirlərini artırmaq istəyir, Avropa Birliyini iqtisadi tənəzzülə sürüklən “over-regulation” (şişmiş inzibati nəzarət və aşırı tənzimləmə) yanaşmasından əl çəkmək istəmir.

Ölkədə kiçik və effektiv hökumət modelinə keçmək lazımdır, bu varolma məsələsidir, amma, görünən odur ki, bu modelə “məmur kastası” ciddi müqavimət göstərir və göstərəcək. Məsuliyyətsiz səlahiyyət toplamağa davam edəcəklər ki, bu aşırı səlahiyyəti də biznesi boğmaq, rüşvət və korrupsiya üçün istəyirlər.

Ölkənin bir nömrəli vəzifəsi iqtisadi artım tempini yüksəltmək, iqtisadi aktivliyi artırmaq olmalıdır – bunun üçün tənzimləmə məntiqli, vergilər aşağı, gömrük şəffaf olmalı, kiçik-orta sahibkara qulluq edən, onları baş tacına çevirən sistem yaradılmalıdır.

Hökumət isə tam əks yolla gedir – tənzimləməni, vergiləri, rüsumları, cərimələri artırır, çünki, onların düşüncəsinə görə əsas problem büdcə gəlirlərinin azalmasıdır. Səhv yoldur, səhv düşüncədir və ölkə üçün ciddi mənfi fəsadları olacaq”. 

Şərhlər

Hərbi pensiyaçı 2026-01-27 08:52:23

Adi bir iqtisadçıya məlum olan iqtisadi problemlər NK nə PA nın səlayihyyətlilərinə məlum deyil?

Kohne 2026-01-26 23:19:18

IQTISADI TENEZZŪL !

Rasim Quliyev 2026-01-26 22:45:40

Şurup istehsalı Azerbaycanda başa gəlir 1.25 manat Çindən gətirirlər 1000 denesini 0.03 qepiye işçi quvvesi ve xammal ucuzdu deye .Bizdə her bir xammali xaricden aliriq ondandir hamsi

Aslan 2026-01-26 17:28:21

Çünki bu ölkədə kadrlar yerində deyil. İqtisadiyyatı dirçəltmək məqsədi yoxdur. Bunların iqtisadiyyatı rüşvətdir, korrupsiyadır. Qanunları da özlərinin xeyirinə xalqın ziyanına yazıblar.

miri 2026-01-26 17:24:04

Bu qədər məmur ordusu saxlanılarkən, bu qədər müdaxilə və inzibati təzyiq səlahiyyəti verərkən, ən ümdə hüququnu tələb edərkən istənilən məmurun sözü istənilən haqdan üstün olarkən ... "məmur kastası" nə etməlidir? Maraqlı adamsınız Vallahi.

Amon 2026-01-26 14:29:07

Ermenistana benzin satiriq Ermenistanda benzin ucuzlasir ozumuzde benzinin ve dizelin qiymetini qaldirirlar aferin

Eli 2026-01-26 13:31:16

Ne qeder ki iqtisadiyyat nazşrliyine nazir başa olmaqka bir gün de istehsalat tecrübesi olmayan "Komanda" rehberlik edir veziyyet bundan da qat qat pis olacaq eger tecili texiresalınmaz tedbirler görülmese.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol