70-dən çox insanı qətlə yetirən və buna görə 21 il həbs cəzası alan Norveç terrorçusu Anders Breyvik terror qruplaşması yaratmağa çalışır. Musavat.com-un məlumatına görə, bu barədə UNN “The İntependent”ə istinadla xəbər yayıb.
Norveç İslah Müəssisələri Agentliyinin məlumatına görə, Breyvikin həbs olunanadək heç vaxt təmasda olmadığı adamlara yazdığı 220 məktub ələ keçib. Norveç hökuməti ehtiyat edir ki, terrorçu kütləvi məktublar göndərməklə terror aktları törədəcək qruplaşmalar hazırlamaq niyyətindədir. Polis artıq məktub göndərilən adamları yoxlayır.
Az öncə xəbər verilmişdi ki, Breyvik atası Yeensə görüşməyə razılıq verə bilər, bir şərtlə ki, o, faşist olsa.


Şərhlər