Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
“AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 67 yaşlı akademik pensiyasının azaldılmasından narazıdır.
DSMF tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Məcid Kərimova deputat fəaliyyəti ilə bağlı 4226 manat pensiya ödənilib. Təkrar hesablamadan sonra isə məlum olub ki, onun deputatlıq fəaliyyəti 5 illik tam səlahiyyət müddətini əhatə etmir. Belə ki, M.Kərimov növbədənkənar seçkilərdə seçildiyindən 4 il 5 ay 16 gün deputat olub.
Buna baxmayaraq, əvvəlki hesablamada səhvə yol verilərək iddiaçıya aylıq 5858 manat köçürülməli olduğu halda, 6631 manat pensiya ödənilib. İndi isə həmin səhv aradan qaldırılaraq artıq ödənilmiş ümumi 4226 manatın iddiaçının pensiyasından tutulmasına qərar verilib.
Eks-nazirin vəkili isə dövlət qurumunun qərarını əsassız sayıb. İddiaçı tərəf hesab edir ki, qanunvericilikdə deputat fəaliyyətinin tam və ya natamam anlayışı mövcud deyil və şəxsin növbədənkənar seçkilərlə deputat seçilməsi onun fəaliyyətinin natamam hesab edilməsi üçün əsas ola bilməz.
Məhkəmə tərəfləri dinlədikdən sonra qərarını açıqlayıb. Pensiyanın yenidən hesablanması və artıq ödənilmiş 4226 manatın büdcəyə geri qaytarılması qanuni hesab edilib.
Qeyd edək ki, Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərinin bəzi nəticələri ləğv edilib, 2006-cı ildə seçki nəticələri ləğv olunmuş seçki dairələrində təkrar parlament seçkiləri keçirilib.

Şərhlər
Vaxtında yükünü tutmusan. Evlər, villalar, bağlar və s. əldə eləmisən, çox güman ki... İndi nə alırsansa, şükr elə, səsin çıxmasın. 300-400 azn. və daha az alan əhalini qıcıqlandırma.
Hemin kimya shirketinde ishlemishem, umumi 31 il stajinin 14 ilini xususi zererli ish sheraitinde ishlemishem ve qirmizi emek bayragi ordenine layiq gorulmushem, indi hazirda 405 man. pensiya aliram.
Anası.nənəsi erməni olan şəxslər Hakimiyyət orqanlarından təmzlənməlidr.Xalqın ağır vəziyyətdə yaşamasının səbəbi budur!
Az ograyib ondandir
Narazı olması təbiidir cünki nazir olanda aylıq pensiyası qədər hər gün qazanırmış.
Çox ədalətli dünyanın ədalətli ölkəsində yaşayırıq camaat onsuzda səfalət içində yaşayir 300,400 pensiya maaş alıb ancaq ayı başa vururlar sizdə belə xəbərləri verib camaatı qıcıqlandırırsiz
Belə məbləğlərlə sadə insann 230-430 manat pensiyalarını topıayıb orta rəqəm çxarıb xalqı və Prezidenti aldatmaq cinayət deyiı?
Ölkə nə gündədir!!! 5 min alan da, 250 m alan da narazıdır. Bu işlərin axırı yaxşı olmayacaq!!!
Bu səhv hesablama onun günahından olmadığına görə tutulmamalıdır.
Ölkəmizdə pensiyanın minimal həddi təyin olunduğu kimi, maksimal həddi də müəyyənləşdirilməlidir. Maksimum hədd minimal həddin 2-3 mislindən çox olmamalıdır. Onun üzərində olan hissə digər pensiyaçıların minimumunun artırılmasına yönləndirilməlidir. Zatən bu adamların işi otaqlarda oturub çay içmək olub. Utanmırlar, hələ əlavə pensiya davası da edirlər. Borc dəftərinə yazdırıb zəruri ehtiyaclarını belə ödəməkdə çətinlik çəkən insanlar var.