Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
“AzPolitika” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, 64 yaşlı S. Mikayılov 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.
Qeyd edək ki, Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.
1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu günə qədər həımin vəzifədə çalışıb.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.
Ailəlidir, iki övladı var.

Şərhlər
Şəkiyə nə üçün savadlı bir İcra Bşçısı təyin etmirlər ???
Görəsən Şəkinin İcra başçısı nə vaxt işdən azad olunacaqdır ! Şəki əldən gedib...................?
Qaradağlılar illərdir Süleyman kimi bir bəladan qurtarmağı səbirsizliklə gözləyirdilər. Tanrı onların bu sevincini qurşaqlarında qoymasın və heyətindən qorusun...Qaradağlıların sağ əli Sumqayıtlılarin başına.
Hər vəzifədən çıxanln ölənlərinə rəhmət qazanmaq mərhələsi başlayır. Yeni kim təyin olunmasından asılı olmayaraq daha pis olması qaçılmazdır. Çünki son bu qaydanı pozan bir nəfər belə olmayıb
Bu da Nehrəm mafiyasındandır
Seki bascisi Sekini 20 ildi aglar gune qoyub. Sekini bele soyan sogana ceviren basci olmayib. Talanci quldur destesiyle rayonu dagidib. Sekide dovlete hormet qalmayib bakidaki piyleri derisine yerlesmeyen memurlar ehalini saymir