Respublika hərbi prokurorunun müavini - ədliyyə general-mayoru Şəfahət İmranov vəzifəsindən azad edilib.
“AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

17 ildir respublika hərbi prokurorunun müavini işləyən Ş.İmranov Abşeron rayonunun prokuroru təyin olunub.
Qeyd edək ki, baş prokuror Kamran Əliyev bundan əvvəl Tərtərin mülki və hərbi prokurorlarını da dəyişib.

Belə ki, respublika hərbi prokurorunun sabiq müavini ədliyyə general-mayoru Fuad Məmmədov Tərtər rayonuna yeni prokuror təyin edilib.
Tərtərin əvvəlki prokuroru Əli Qurbanov isə bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub.

Şərhlər