Menu

İŞİD iranlı generalı öldürdü

28.12.2014, 18:48
İŞİD iranlı generalı öldürdü

İran İnqilab Keşikçiləri Korpusu İraq ordusunda müşavirlik edən general Həmid Takavinin Samirə şəhərində öldürüldüyünü deyib.

Axar.az xəbər verir ki, məlumatda iranlı general İŞİD-ə qarşı döyüşən İraq ordusu və xalq özünümüdafiə dəstələrinə təlim keçdiyi vaxt terrorçular tərəfindən öldürüldüyü bildirilib.

Tehranda keçiriləcək vida mərasimindən sonra iranlı general doğulduğu Əhvaz şəhərində torpağa tapşırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol