Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Nəsirli təyin olunub. Yerli mediada adıçəkilən qurumda baş verən nöqsanlarla bağlı məlumatlar paylaşılır və AAYDA rəhbərliyi tərəfindən hələ ki, təkzib olunmayıb.
AAYDA-danın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev bir neçə ay əvvəl övladına dəbdəbəli toy mərasimi keçirməsi ilə bağlı gündəmə gəlib - tribuna.az xatırladır.
Qeyd olunur ki, Həmzəyev Agentlikdə “ailə podratı” qurub. Onun yaxın qohumları müxtəlif yüksək vəzifələrdə çalışır:
Zaur Həmzəyev – əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;
Araz Bəndəliyev – xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;
Toğrul Həmzəli – qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;
Təhminə Həmzəyeva – bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;
Mətanət Həmzəyeva – bacısı, “Azəryolİlmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi;
Dilavər Həmzəyev – yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;
Ustubat Niftəliyev – yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.
İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
“AzPolitika.info”

Şərhlər
Elə Pezident Administrasiyama bax! Bundan maraql və. təsdiqləyici misal olarmı? Hələ qarışıqmilliyi nəzəra alsanız daha dəhşətli olduğu görünər.
Tağı Əhmədov demişkən qohumu işə qoymayıb sənlml qoyacaq ?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) adını dəyişdirmək lazımdır ( AAQA) Azərbaycan Avtomobil Qohumlar agentliyi nece fikrdir.
Azərbaycan reallığında burada gözləniməyən .tıəəcüblü nə var ki?Qohumbazlıq ölkədə normal hala ç4vrildiyindən bu adanın günahı var?
Digər sahələr. bundan bərbaddır.