Menu

NAXÇIVANA YENİ BAŞ NAZİR TƏYİN OLUNDU - Cabbar Musayev kimdir? + DOSYE

09.02.2026, 21:03
NAXÇIVANA YENİ BAŞ NAZİR TƏYİN OLUNDU -  Cabbar Musayev kimdir? + DOSYE

Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.

Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.

Qeyd edək ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-dən Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. 4 noyabr 2024-cü il tarixində ölkə başçısının sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

“AzPolitika.info”

Şərhlər

Eli 2026-02-09 20:23:03

Musayev çox mükemmel ,savadlı,temiz kadrdır.Uğurlar arzulayırıq.

surxay 2026-02-09 20:04:01

Cabbar Musayevi 20 ilə yaxındır ki,tanıyıram.Sadə və səmimi insandır,eyni zamanda savadlı kadrdır.Təbrik edir və işlərində uğurlar arzu edirəm

Naxcıvanlı 2026-02-09 13:12:12

Cabbar Musayev ləyaqətli savadlı millətinini sevən dövlət xadimidir yolu acıq olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol