Menu

BU ŞƏXSLƏRİN MAAŞLARI ARTIRILACAQ - Deputat AÇIQLADI

09.02.2026, 21:11
BU ŞƏXSLƏRİN MAAŞLARI ARTIRILACAQ - Deputat AÇIQLADI

“Əmək Məcəlləsi”nə təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.

"AzPolitika" xəbər vrrir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq: “Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək. Minimum əmək haqqı məbləğinə baxılması daha kimlərin maaşlarını artıracaq? Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır.

Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur”.

Şərhlər

əfsanə 2026-02-11 13:57:20

insellah 3qrp ellileri ve maasi az olan miellimlerde daxil olar

Müəllim 2026-02-11 12:24:46

Gənclərin çağrışa qədər hazırlıq rəhbərin maışıda VTC ilə təmin olunur amma artım siyahısında adı yoxdur.
Nə üçün?

Sevinc 2026-02-11 11:10:40

Yardıtmçı d/q -da maaş artımı olacaq ? Minimumdada aşağıdı

Asif 2026-02-10 22:32:26

SOCAR a haramdirki 5ildir pul artim söhbəti yoxdur

Nihat 2026-02-10 17:42:24

sağirliq pulun artmasini istiyrem 140 azn dir istiryemki 300 azn olsun

Ofelya 2026-02-10 14:29:58

Sokar iscilerinin maas artimi. Olacaq

Watchman 2026-02-09 14:51:18

Alimentlərin də artmasına səbəb olur. Maaşı artmayanlar onu necə ödəməlidir? Bunu müzakirə etmisiz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol